Modern.az

Polisdən Şəkidəki toy cəriməsi ilə bağlı qeyri-professional XƏBƏR

Polisdən Şəkidəki toy cəriməsi ilə bağlı qeyri-professional XƏBƏR

Hadisə

20 May 2021, 16:40

Bu gün Daxili İşlər Nazirliyinin Şəki regional qrupunun yaydığı məlumat ictimaiyyətdə ciddi suallar doğurdu. Yayılan xəbərdə Şəkinin Baş Layısqı kəndindəki istirahət mərkəzlərindən birində xüsusi karantin rejiminin qaydalarını pozaraq, açıq havada təşkil edilən toy mərasiminin qarşısının alındığı bildirilir. Qeyd olunur ki, toyda iştirak edən 100-ə yaxın qonaq İnzibati Xətaralar Məcəlləsinin 211-ci maddəsi ilə cərimə edilib.

 

Modern.az məsələ ilə bağlı həmin toy mərasiminin təşkilatçılarından biri, Şəkinin Şin kəndinin sakini Rasim Tahirovla əlaqə saxlayıb. Yüksək məbləğdə cərimə olunan Rasim Tahirov  həqiqətən də karantin qaydalarını pozaraq, qız övladı üçün toy mərasimi təşkil etdiklərini etiraf edib. Amma onu da bildirib ki, polisin mərasimə qatılanların sayı ilə bağlı açıqladığı rəqəm şişirtmədir.

O, toyda ən yaxın qohum-əqrəbaların iştirakı ilə 35-40 nəfərlik mərasim təşkil etdiklərini deyib. Eyni zamanda, karantin rejimi şəraitində həssas sosial durumda olan kənd sakinlərinin adambaşına 200 manat cərimə edilməsindən, polisin proseduru kifayət qədər sərt aparmasından narazılığını da ifadə edib. Kənd sakinləri açıq havada keçirilən toy mərasiminin hazırda fəaliyyətdə olan restoranlardakı məclislərdən istər kontingent sayı, istərsə də sosial məsafənin gözlənilməsi baxımdan daha təhlükəsiz olduğunu əlavə ediblər.
 

Doğurdan da, Nazirliyin Şəki regional qrupunun yaydığı fotolar mərasimdə 100-ə yaxın şəxsin iştirak etməsi ilə bağlı məlumatı ciddi şübhə altına almağa imkan verir. Cərimə olunanların sayının şişirdilməsi DİN-nin Şəki regional qrupunun statistik məlumatların dəqiqliyinə qeyri-professional yanaşması ilə bağlı təsəvvür yaradır.
Digər tərəfdən, koronavirusla bağlı tətbiq edilən sərt karantin şəraitində insanlarla sərt rəftar hüquq-mühafizə orqanlarının imici üçün müsbət fon yaratmır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü