Modern.az

Salyanda avtomobilin vurduğu piyada xəstəxanada keçindi

Salyanda avtomobilin vurduğu piyada xəstəxanada keçindi

Hadisə

23 May 2021, 10:42

Salyan rayonunun Qarabağlı kəndində avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

 

Modern.az-ın məlumatına görə, mayın 21-də Salyan rayonunun Qarabağlı kəndində "Mercedes" markalı avtomobilin vurduğu kənd sakini, 1979-cu il təvəllüdlü Vəliyev Azad Əlisahib oğlu ağır kəllə-beyin travması alaraq Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Həkimlərin səyinə baxmayaraq 42 yaşlı yaralını xilas etmək mümkün olmayıb.

 

O, aldığı ağır xəsarətlərdən reanimasiya şöbəsində bu gün saat 9.00-da vəfat edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü