Modern.az

Erməni vandallığı Pakistan mediasında işıqlandırıldı

Erməni vandallığı Pakistan mediasında işıqlandırıldı

Diaspor

25 May 2021, 15:36

 

Soydaşlarımızın təşəbbüsü ilə Pakistanın //thefortress.com.pk saytında “Ermənistanın milli və bəşəri dəyərlərə vandallığı” sərlövhəli məqalə dərc olunub.

 

Modern.az xəbər verir ki, məqalədə işğaldan azad edilən Azərbaycan ərazilərində ermənilərin törətdiyi vandallıq və insanlığa sığmayan vəhşiliklərə diqqət çəkilib. Bildirilib ki, Ermənistan təxminən bu 30 il ərzində işğalda saxladığı Azərbaycan ərazilərində məscidləri, müqəddəs ocaqları təhqir edib, tarixi və mədəni abidələri dağıdıblar: “Ermənistanın, xüsusən müqəddəs yerləri, məcsidləri və ziyarətgahları dağıtması,  təhqir etməsi islam aləmi ilə yanaşı, bütün dünya dəyərlərinə qarşı edilmiş barbarlığın təzahürüdür”.

 

Yazıda Prezident İlham Əliyevin təlimatına əsasən, səfirlərin, hərbi attaşelərin və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin işğaldan azad olunmuş ərazilərə səfərləri haqqında məlumat verilib. Erməni barbarlığına şahidlik edən diplomatların bu mənzərələrdən dəhşətə gəldikləri vurğulanıb. 

 

Müəllif Heydər Əliyev Fondunun Qarabağ ərazisində Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını xatırladıb: “Təəssüf ki, ermənipərəst dairələr Ermənistanın Azərbaycanın torpaqlarını işğal edərək bütün infrastrukturu və tarixi, dini-mədəni abidələri dağıtmasına səssiz qalırlar. İşğal  olunmuş ərazilərdə bir dənə də olsun salamat ev, qəbiristanlıq qalmayıb. Ermənistan rəhbərliyi və onun havadarları uzun illər bu vandallığı  qapalı saxlayıblar. İşğal zamanı Azərbaycanın bu ərazilərinə qeyri-qanuni səfərlər edən beynəlxalq təşkilatların nümayəndələri də həmin faktları gizlədiblər. Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanmaqla Ermənistanın bu talançılığını, vəhşiliklərini də dünyaya göstərdi. Artıq Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş tapşırıqlara uyğun olaraq İşğaldan azad edilmiş torpaqların bərpası və inkişafı konsepsiyası hazırlanıb. İşğaldan azad olunmuş bütün ərazilərimizdə ardıcıl, planlı və məqsədyönlü şəkildə böyük quruculuq, tikinti işləri aparılacaq”

 

Məqalədə  qeyd edilib ki: “Tezliklə Pakistan şirkətləri də Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesinə qoşulacaqlar. Bu haqda Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee məlumat verib”.

 

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

 

//thefortress.com.pk/armenias-vandalism-on-national-and-universal-values/

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü