Modern.az

Alpinistlərin xatirə lövhəsi tapıldı - Oğurlandığı deyilirdi...

Alpinistlərin xatirə lövhəsi tapıldı - Oğurlandığı deyilirdi...

24 İyul 2021, 12:29

Son günlər sosial şəbəkələrdə 2017-ci ildə qar uçqununda həlak olmuş alpinistlər Namin Bünyatov, Fəridə Cəbrayılzadə və Babur Hüseynovun xatirəsinə quraşdırılmış lövhənin oğurlanmasına dair məlumatlar yayılmışdı.

 

Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbov bununla bağlı açıqlama verib.

 

O bildirib ki, sözü gedən məsələ ilə bağlı Qusar RPŞ tərəfindən dərhal həmin ərazidə araşdırma aparılıb və bürünc lövhə Qusar rayonu Tufandağın ətəyindəki Mahmuddərə ərazisindən tapılıb.

 

Ehtimal olunur ki, lövhənin quraşdırıldığı yerdən itməsinə qış aylarında olan qar uçqunları və ya sel səbəb səbəb olub. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü