Modern.az

İtkin düşən daha bir hərbçimizin meyiti tapıldı

İtkin düşən daha bir hərbçimizin meyiti tapıldı

Hadisə

1 Oktyabr 2021, 10:17

“Müharibənin baş verdiyi ərazilərdən daha bir meyit tapılıb, hazırda identifikasiyası üzrə işlər davam etdirilir, DNT analizləri götürülür”.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

 

Baş Prokuror qeyd edib ki, analiz nəticələri açıqlanandan sonra itkin düşənlərin sayının 6-ya düşəcəyi güman olunur:

“Bununla bağlı bizim aidiyyəti qurumlarla əməkdaşlığımız davam edir. Ümumilikdə isə həm Birinci Qarabağ müharibəsində, həm də İkinci Qarabağ müharibəsində itkin düşən şəhidlərimiz var. Birinci Qarabağ müharibəsində 4 min, İkinci Qarabağ müharibəsində isə 7 nəfər şəxs itkin düşüb”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı