Arxiv
23 Noyabr 2021, 12:38 | MEDİA
MEDİA-dan jurnalistlər üçün MÜSABİQƏ

Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib. Modern.az-ın məlumatına görə, müsabiqə elanında deyilir:

Müsabiqədə iştirak edə bilər:

– kütləvi informasiya vasitəsinin məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etməklə məşğul olan ştatlı müxbirləri,

– kütləvi informasiya vasitəsinin məlumat toplanması, hazırlanması və redaktəsi ilə bağlı tapşırıqlarını müntəzəm yerinə yetirən ştatdankənar müxbirləri.

Müsabiqəyə təqdim edilir:

Müsabiqəyə müsabiqə elan olunan günədək son 3 aylıq dövr ərzində dərc olunmuş və ya yayımlanmış material təqdim edilir.

Tələb olunan digər sənədlər:

– müsabiqəyə müraciət forması;

– şəxsiyyət vəsiqəsinin ön və arxa hissəsinin surəti;

– ştatlı müxbirlər tərəfindən etibarlı olan jurnalist vəsiqəsinin surəti, ştatdankənar müxbirlər tərəfindən isə iş yerindən arayış (imzalı və möhürlü);

– jurnalistin müvəkkil bankın möhürü və səlahiyyətli şəxsinin imzası ilə təsdiq edilmiş aktiv bank hesabı üzrə rekvizitlərini əks etdirən sənəd;

– müvafiq material.

Müsabiqəyə müraciət forması:

Çap mediası və onlayn media subyektində işləyən jurnalistlər tərəfindən müsabiqəyə müraciət sənədlərin “Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı”na daxil edilməsi yolu ilə aparılır.

Audiovizual media subyektində işləyən jurnalistlər tərəfindən müsabiqəyə müraciət sənədlərin  və materialın şəxsən Agentliyə təqdim edilməsi yolu ilə edilir.

Müsabiqəyə təqdim edilən materiallar:

Çap mediası və onlayn media subyektlərində işləyən jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində dərc olunmuş yazısını aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:

– ən yaxşı reportaj;

– ən yaxşı ictimai-siyasi təhlil;

– ən yaxşı sosial-iqtisadi təhlil;

– ən yaxşı müsahibə;

– ən yaxşı mədəniyyət materialı;

– ən yaxşı idman reportajı və ya təhlili;

– ən yaxşı bədii publisistika;

– ən yaxşı köşə yazısı;

– ən yaxşı jurnalist araşdırması;

– ən yaxşı oçerk.

 

Audiovizual media subyektində işləyən jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində yayımlanmış və həcmi (xronometrajı) ən çoxu 5 (beş) dəqiqə olan süjetini aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:

-ən yaxşı ictimai-siyasi reportaj;

-ən yaxşı iqtisadi reportaj;

-ən yaxşı sosial reportaj;

-ən yaxşı mədəniyyət reportajı;

-ən yaxşı idman reportajı.

 

Qiymətləndirmə:

Materialların qiymətləndirilməsi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən cəlb edilmiş 3 müstəqil ekspert tərəfindən həyata keçirilir.

 

Mükafatlandırma:

Müsabiqənin yekununda çap mediası və onlayn media subyektlərində işləyən jurnalistlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 (beş) jurnalist, audiovizual media subyektində işləyən jurnalistlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 2 (iki) jurnalist və həmin jurnalistlərin süjetinin hazırlanmasında iştirak edən operator olmaqla ümumilikdə 4 (dörd) nəfər qalib müəyyən edilir. Qalib jurnalistlərin hər biri 700 (yeddi yüz) manat, operatorların hər biri isə 350 (üç yüz əlli) manat məbləğində pul mükafatı ilə mükafatlandırılır.

 

Müraciətlərin qəbulu 23 noyabr 2021-ci il tarixindən 30 noyabr 2021-ci  il saat 18:00-dək həyata keçirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu il Ermənistanı 103 min nəfər həmişəlik TƏRK EDİB 29 Noyabr 2021, 10:29 Bakıda koronavirusa görə bağlanan məktəb AÇILDI 29 Noyabr 2021, 10:03 Kəlbəcərin İstibulaq kəndindən VİDEO 29 Noyabr 2021, 10:00 Xaricdəki soydaşlarımızdan QARABAĞA köçmək istəyənlər var 29 Noyabr 2021, 09:55 595 nəfər toylara BURAXILMADI 29 Noyabr 2021, 09:50 Minaya düşən hərbçilərimizin ayaqları amputasiya edildi 29 Noyabr 2021, 09:47 Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi Bakıya toplaşacaq 29 Noyabr 2021, 09:42 Ötən günün cinayət STATİSTİKASI 29 Noyabr 2021, 09:36 “Taliban” Avropa ittifaqından yardım istədi 29 Noyabr 2021, 09:24 Türkmənistanın mediadan gizlədilən birinci ledisi - Onun fotosu ilk dəfə YAYIMLANDI 29 Noyabr 2021, 09:00 Bu gün "Qızıl top" mükafatının qalibi bəlli olacaq 29 Noyabr 2021, 08:31 Bu günün hava PROQNOZU 29 Noyabr 2021, 08:24 “Brent” neft BAHALAŞDI 29 Noyabr 2021, 08:12 İsrail sərhədləri bağlayır 29 Noyabr 2021, 08:07 “Omikron”un daha yoluxucu olması ilə bağlı sübutlar YOXDUR 29 Noyabr 2021, 00:50 Bayden və Putin ilin sonuna qədər danışa bilər 29 Noyabr 2021, 00:42 Polşada Nizami Gəncəvinin 880 illiyi qeyd edildi 29 Noyabr 2021, 00:22 Əliyev Aşqabadda nəyə nail oldu? 29 Noyabr 2021, 00:04 Tovuzda ölümlə nəticələn ağır qəza 28 Noyabr 2021, 23:55 Spiker Ərəb Parlamentinin sədri ilə görüşdü 28 Noyabr 2021, 23:32 Sahibə Qafarova pakistanlı həmkarı ilə GÖRÜŞDÜ 28 Noyabr 2021, 23:18 Taliban avropalı diplomatlarla danışıqlar apardı 28 Noyabr 2021, 22:50 Deputatlar Qırğızıstan seçkilərini İZLƏDİLƏR 28 Noyabr 2021, 22:32 “Omikron”u öyrənmək üç həftə vaxt alacaq 28 Noyabr 2021, 22:08 Prezidentin Türkmənistana səfəri başa çatdı 28 Noyabr 2021, 21:47 Azərbaycan və Tacikistan Prezidentləri arasında görüş - YENİLƏNİB 28 Noyabr 2021, 21:44 İlham Əliyev və Ərdoğan görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:35 İlham Əliyev və Rəisi arasında Zəngəzur dəhlizi müzakirəsi 28 Noyabr 2021, 21:30 Rəisi Qarabağdan DANIŞDI 28 Noyabr 2021, 21:24 Türkiyədə koronavirusla bağlı son vəziyyət 28 Noyabr 2021, 21:16 İlham Əliyev və Rəisi görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:00 "Omikron" bu dəfə Danimarkada 28 Noyabr 2021, 20:56 Çexiyada yeni hökumət rəhbəri 28 Noyabr 2021, 20:44 “Qalatasaray”ın sabiq prezidenti vəfat etdi 28 Noyabr 2021, 20:16 Qırğızıstan seçkilərinin ilkin nəticələri 28 Noyabr 2021, 19:52
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?