Modern.az

“Türküstan” qəzeti 20 yaşını qeyd edir

“Türküstan” qəzeti 20 yaşını qeyd edir

Media

Bu gün, 12:40

Bu gün “Türküstan” qəzetinin nəşrə başlamasından 20 il ötür.

Modern.az xəbər verir ki, 11 iyun 2006-cı il tarixində nəşr həyatına başlayan “Türküstan” qəzetinin siyasətinin prioritetini Türk ölkələri arasında inteqrasiyaya dəstək vermək, dünya azərbaycanlılarının həmrəyliyi, Güney Azərbaycan məsələsi, Türk xalqlarının tarixi keçmişi, bu günü və gələcəyi ilə bağlı məlumatları, araşdırmaları geniş oxucu kütləsinə çatdırmaq olub.

“Türküstan” qəzeti 2012-ci ildə TÜRKSOY-un “Türk dünyası mədəniyyətinin tanıdılmasına xidmət” mükafatına (Türkiyə/Ankara), 2017-ci ildə Beynəlxalq Türk Akademiyasının “Türk dünyasına xidmət” mükafatına (Qazaxıstan/Türküstan), həmçinin, bu yöndə çoxsaylı yerli və beynəlxalq təltiflərə layiq görülüb.

Qəzetin elektron versiyası olan Turkustan.az saytı onlayn rejimdə fəaliyyət göstərir və ölkəmizin ictimai-siyasi mühitində, həmçinin, dünyada baş verən hadisələrin operativ və obyektiv şəkildə yayınlanmasında fəallığı ilə seçilir.

“Türküstan” qəzeti Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən davamlı olaraq dəstəklənən mətbu nəşrlər sırasındadır. “Türküstan” redaksiyası bu faktı Azərbaycan dövlətinin Türk dünyasının birliyini təşviq edən media subyektlərinə dəstəyinin nümunəsi sayır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya ara qarışdı - Müharibəyə qarşı etirazlar başladı!