Modern.az

Rəsul Quliyevdən sərt AÇIQLAMA: “Hələ bilinmir mürtəd kimdir”

Rəsul Quliyevdən sərt AÇIQLAMA: “Hələ bilinmir mürtəd kimdir”

Təhsil

20 Fevral 2013, 15:44

"Biri deyir qulağını kəsəcəyik, o biri deyir mürtəddir, hələ bilinmir mürtəd kimdir" 

Azərbaycanın eks-spikeri, uzun illərdir Amerikada mühacirət həyatı yaşayan Rəsul Quliyev “Daş yuxular” əsəri ilə ölkədə böyük səs-küy yaradan yazıçı Əkrəm Əkliyli haqda yenidən danışıb.

Modern.az-ın məlumatına görə, Milli Məclisin sabiq sədri  yayımladığı yeni videomüsahibədə “Daş yuxular” əsərinə görə Əkrən Əylisli haqda səsləndirilən təhqiramiz ifadələrin qəbuledilməz olduğunu deyib. R.Quliyevin fikrincə, Ə.Əylisliyə qarşı təqiblərin kökündə onun “Daş yuxular” əsəri deyil, “Möhtəşəm tıxac” romanı dayanır. 

 “Mən bununla bağlı bir dəfə də münasibətimi bildirmişəm və Əkrəmə haqq qazandırmadığımı da qeyd etmişəm. Gərək Əkrəm Əylisli bunu tək etməzdi. Hesab edirəm ki, Əkrəm erməni həmkarı ilə oturub yazardı. Əksinə, Əkrəm Əylislinin bu əsərindən sonra sivil ölkələrdə Azərbaycan xalqına qarşı hörmət daha da artdı. Ayıbdır.  Biri deyir qulağını kəsəcəyik, o biri deyir mürtəddir. Hələ bilinmir mürtəd kimdir. Artıq cin şüşədən çıxıb. O əsər yayılacaq. Əgər mən onu Amerikada tapa bilmişəmsə, deməli hər yerdə yayılacaq”,-deyə R.Quliyev vurğulayıb.

Anar RÜSTƏMOV


Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı