Arxiv
16 mart 2010, 16:36 | MEDİA
Qalib jurnalistlərin yazıları: "Səs" qəzeti

Martın 15-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Novruz bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazılarının mükafatlandırılması müsabiqəsinin nəticələrini elan edib. 49 yazıdan 15-i yüksək bal topladığına görə qalib elan edilib. Modern.az-a göndərilən oxucu şərhlərinin bir çoxunda qalib jurnalistlərin yazılarının saytımızda yerləşdirilməsi xahiş olunub. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun razılığı ilə qaliblərin yazılarını təqdim edirik. Zümrüd Bayramova, “Səs” qəzeti

Azərbaycanın milli xəzinəsi dünyanı təəccübləndirmək iqtidarındadır

"Qloballaşma dövründə Azərbaycan xalqının adət-ənənələrinin, milli-mənəvi dəyərlərin qorunması və təbliği. Novruz - yeni il, yeni arzular bayramıdır" mövzusu əsasında

Dövlətin milli-mənəvi dəyərlərimizə olan münasibəti onun prioritet istiqamələrdən biri olaraq qarşıya qoyduğu məsələlərdəndir. Müstəqil Azərbaycan dövlətinin mədəniyyət siyasəti, islami dəyərlərə yeni prizmadan baxış kimi meyilləri ictimai düşüncənin formalaşmasında özünü göstərir. Bu amillər zaman-məkan kontekstində həllini tapamaqdadır. Dünyada gedən qloballaşma və inteqrasiya prosesində ölkəmiz uğurlu gələcəyi təmin etmək üçün tarixi köklərimizə söykənir. Azərbaycan dövləti tərəfindən qarşıya qoyulan siyasət özündə bu və digər məsələləri ehtiva edir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasəti və xalqa göstərdiyi yüksək qayğısı Azərbaycan milli-mənəvi dəyərlərinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədinə istiqamətlənmişdir.

Xalqın etnik tarixi inkişafı bir çox maddi və mənəvi amillərlə tənzimlənən mürəkkəb bir prossesdir. Son illərdə Azərbaycanın milli-mənəvi mədəniyyətinin tarixi mənzərəsinə nəzər salaraq, onun əsas inkişaf vasitələrini üzə çıxarmağa çalışsaq, hər şeydən əvvəl, mövcud amillərin rol oynadığını görərik.

Dünya xalqları arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutub. Uzun illər aparılan tədqiqatlar zamanı aydın olub ki, qədim köklərə malik Azərbaycan əsrlər boyu maddi və mənəvi xəzinəsini qoruyub saxlaya bilmişdir. Bu zəngin irsdə xalqın soykökünə bağlı olan adət-ənənələr yaşayaraq əsrimizə, yeni yüzilliyə qədər gəlib çatmışdır. Xalqın toy-büsat mərasimi, bayram adət-ənənələri, Novruz mərasimləri, yas mərasimləri onun milli-mənəvi dəyərlərini özündə yaşadır. 

Təbii ki, islam dininin də mənəvi dəyərlərimizin inkişafındakı rolunu qeyd etmək vacibdir. İslam dini təmizlik, düzlük, insanlıq, kimi bəşəri, ali hissləri tərbiyə edən dəyərdir. Bütün bunların kontekstində Azərbaycan vətəndaşının varlığı göstərilir. Uzun illərin yolu və əsrlərin, qərinələrin sorağı bu ənənələrə bizi bağlamış, dövrümüzə körpü salmışdır. Müasir insanın formalaşması və özünü təsdiqi, məhz milli-mənəvi dəyərlərin aşılanması prosesi ilə bağlıdır.

Ümumilli lider Heydər Əliyevin ideyalarının qorunması və davam etdirilməsində rolu olan Heydər Əliyev Fondunun da bu istiqamətdəki məqsədyönlü fəaliyyətini qeyd etməliyik. Fondun sədri YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi Azərbaycanın milli-mənəvi dəyərlərinin dünyaya inteqrasiya olunmasında böyük əhəmiyyətə malikdir. Heydər Əliyev Fondu ölkənin mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə ümumilli liderin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına nail olur. Azərbaycanın məxsusi dəyərlərinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı planlı işlər həyata keçirir.

Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərən fond dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstəkdir. Beynəlxalq mahiyyət kəsb edən layihələrdə təsdiqini tapır. Bu istiqamətdə görülən işlər beynəlxalq səviyyədə Azərbaycan milli dəyərlərinin qorunması və tarixi irsimizə sahib olmaq istəyində olan mənfur simaların qarşısına bir sədd çəkir. Öz tarixi kökü olmayan, acgöz qonşuların niyyətlərinin boş çıxması yolunda dövlət səviyyəsində görülən işlərin məntiqi nəticəsi göz önündədir.

Paytaxtımızda Beynəlxalq Muğam Mərkəzinin tikilməsi, mədəniyyət, təhsil müəssisələrini təmiri, inşası və bərpa etdirilməsində fondun rolu müstəsnadır. Milli-mənəvi dəyərlərimizi özündə yaşadan muğam sənətinin ümumdünya səviyyəsində tanıdılmasında və təbliği istiqamətində fondun gördüyü işlər qısa zaman məsafəsində həllini tapdı. Azərbaycanın birinci xanımının bu sahədəki məqsədyönlü fəaliyyəti nəticəsində 2003-cü ildə muğam sənəti YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildi. Bu istiqamətdəki uğurlar kimi, Azərbaycan muğam antologiyasının, Azərbaycan xanəndələri albomunun hazırlanması və digər layihələrin nəticəsi milli-mənəvi dəyərlərin, mədəniyyətin beynəlxalq səviyyədə təbliğinə müsbət təsirini göstərir.  Qloballaşma şəraitində aparılan bu işlər milli-mənəvi dəyərlərin dünyaya inteqrasiyasına yollar açır. Belə bir şəraitdə Mehriban xanım Əliyeva tərəfindən Azərbaycan aşıq sənətinin YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsi üçün namizədliyi irəli sürülməsi və müsbət nəticənin əldə edilməsi muğam sənətinin dünyanın mədəni irs siyahısına daxil edilməsindən sonra yeni bir  uğurun yaşanmasına gətirib çıxardı. Belə ki, qədim tarixə malik olan Azərbaycan aşıq sənətinin YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsi milli irsimizin dünyəviliyini, bəşəriliyini, ona irqindən, dinindən asılı olmayaraq bütün millətlərin maraq göstərməsini təsdiqlədi. Aşıq sənətinə yaranmış soyuq münasibətə yenidən nəfəs verildi. Bu, Azərbaycan xalq yaradıcılığının dünyada işıqlandırılmasına və  irsin bəşəriliyini ifadə edən faktor kimi ortaya qoyulması ilə səciyyələndi. Milli-mənəvi dəyərlərimizin göstəricisi olan aşıq sənətinə münasibətin nəticəsi olaraq aşıqların iştirakı ilə xarici ölkələrdə konsert proqramlarının təşkil olunması istiqamətində genişmiqyaslı işlər qloballaşma prosesində Azərbaycan irsinin dünyada  təbliğinə geniş meydanlar açdı. Bu irimiqyası layihələrin davamı kimi, Azərbaycan dövləti və Fransanın Maison des cultures du Monde şirkətinin birgə əməkdaşlığı nəticəsində Azərbaycanda və Fransada CD disklər buraxılmış, Parisin Luvr Muzeyində və Strasburq şəhərində Azərbaycan aşıqları konsert proqramları ilə çıxış etmiş, çoxəsrlik tarixi özündə yaşadan aşıq sənətinin nadir nümunələri Azərbaycan peşəkar yaradıcı və ifaçı aşıqları tərəfindən ifa olunmuşdur. Qloballaşma prosesində Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü siyasət və bu istiqamətdə müvafiq tədbirlər nəticəsində Azərbaycan aşıq sənəti dünyanın qeyri-maddi irsinin inciləri sırasındadır. Bu hadisə beynəlxalq səviyyədə aşıq sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu bir daha təsdiqləyir. Beynəlxalq çərçivədə qəbul edilən Azərbaycan milli xəzinəsi dünyanı təəccübləndirmək iqtidarındadır. Azərbaycana Abu-Dabidən daxil olan xoş xəbər bu fikrimizi bir daha əsaslandırmağa dəlildir. Belə ki, Azərbaycanda dövlət səviyyəsində qeyd edilən Novruz bayramı da YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildi. Hər il müsəlman dünyasının həvəslə qarşıladığı və yola saldığı Novruz bayramı xalqın tarixi kökünü, adət-ənənələrini özündə yaşadır. Bayramın qeyd olunmasına qədər, bildiyimiz kimi, dünyanın və insanın yaranması ilə bağlı müqəddəsləşdirilmiş su, od, yel və torpaq çərşənbələri qeyd olunurdu. Xalqın erkən düşüncəsində yaratdığı çərşənbələrlə bağlı ayin və etiqadları, adət-ənənələri yaşatmaq hər kəsin mənəvi dünyasının tələbatından irəli gəlir. Dörd çərşənbənin qeyd olunmasının arxasında həqiqətlər dayanır. Folklorşünas alimlərin fikrincə, bu çərşənbələr insanın həyata gəlişi və həyatın canlanması ilə əlaqədardır. Novruz bayramı təbiətlə bağlı su, od, torpaq, yel ilə bağlı dörd əsas arxaik xüsusiyyətləri özündə saxlamaqla yanaşı, cəmiyyətdə humanist insani münasibətlərin məntiqini ifadə edən bəşəriliyilə seçilir.

Minilliklərin sınağından çıxaraq, bu günə gəlib çatmış Novruz bayramını hələ Azərbaycan xalqı Sasanilər dövlətinin tərkibində olduğu zaman  qeyd edib. Daş dövrünə aid olan əşyalar qazıntılar zamanı əldə olunan mənəvi mədəniyyət abidələrimiz Novruz bayramının qədim tarixi olduğunu təsdiqləyən amillərdir. Azərbaycan klassikləri olan Nizami Gəncəvi, Şah İsmayıl Xətai, Əfzələddin Xaqani  kimi dahilərimiz baharın gəlişini əks etdirən nümunələr yaratmışlar. Novruz bayramının yaranması tarixinə həsr olunmuş yazılardan Nizaminin "Siyasətnamə"sini, Ömər Xəyyamın "Novruznamə"sini və başqalarını nümunə olaraq göstərmək mümkündür.

Novruzun ən yüksək zirvəsi köhnə ili təzə ilin əvəzlənməsidir. Bu zaman ənənəyə görə, Novruzun şərəfinə top və tüfənglərdən yaylım atəşləri açılır. Hələ  ötən əsrlərdə N.Dubrovin bu haqda belə yazmışdır: "Azərbaycanda baharın gəlməsini şəhər və kəndlərdə açılan yaylım atəşləri bildirirdi". Azərbaycanda Novruz bayramı təntənəsinin iştirakçısı olan Adam Oleariy hələ 1637-ci ildə Şamaxı haqda yazırdı: "Münəccim tez-tez arxasından qalxaraq, astronomik cihaz və günəş saatı vasitəsilə günəşin hündürlüyünü təyin edərək, gündüzlə gecənin bərabərlişdiyi anda elan etdi: "Təzə il gəldi" və elə bu anda yaylım atəşləri başlandı, şəhərin qüllələrindən və divarlardan musiqi sədaları ucaldı. Bahar bayramı başlandı."

Azərbaycanın qədim, rəngarəng mənəvi dəyərləri, mədəni irsi hazırda xalqın fəxr mənbəyi və dünya mədəniyyətinə töhfəsi qismində çıxış edir. Bu sahəyə dövlət qayğısının günü-gündən artması və beynəlxalq təcrübənin tətbiqi istiqamətində görülən işlər qeyri-maddi mədəni irsin gələcəyinə nikbin baxmağa ümidləri artırır. Görülən işlərin davamı olaraq, "Azərbaycanın qeyri-maddi mədəni irs subyektlərinin informasiya bankının yaradılması" haqqında əmr də mənəvi dəyərlərimizə  bir dəstəkdir. Bunun əsasında yaradıcı nailiyyətləri özündə əks etdirən xüsusi portfoliolar yaradılacaqdır. Portfolioların yaradılmasında məqsəd Azərbaycanın milli-mənəvi dəyərlərinin beynəlxalq aləmə inteqrasiyası, qeyri-maddi mədəni irsinin dünyada tanıdılmasıdır.

Dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsindəki təcrübələri nəzərə alınmaqla Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, bərpası, xalq yaradıcılığının təbliği istiqamətlərində islahatlar uğurla davam etdirilir. Bu sahədə həyata keçirilən müvafiq konseptual proqram və layihələr sırasında "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramını xüsusi qeyd etməliyik. Proqramın icrasını təmin etmək məqsədilə 2010-cu il üçün Gəncə şəhəri "Azərbaycanın əfsanələr paytaxtı", Şəki şəhəri "Azərbaycanın sənətkarlıq paytaxtı" və Qazax şəhəri "Azərbaycanın folklor paytaxtı" elan edildi. Gəncə, Şəki və Qazax şəhərlərində il ərzində respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfransların, festivalların,  infoturların və sair tədbirlərin təşkili nəzərdə tutulub.

Azərbaycan dövləti tərəfindən milli-mənəvi dəyərlərimizin dünyaya inteqrasiya olunmasında, onun beynəlxalq miqyasda təbliği istiqamətində işlər davam etdirilir.

 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İradə Cavadova da deputatlığa namizəd oldu 15 Dekabr 2019, 22:19 Bakıda 9 yaşlı uşağın qarnına oxlov batdı 15 Dekabr 2019, 21:46 Daha 26 qanunsuz miqrant saxlanıldı 15 Dekabr 2019, 21:31 YAP-çı deputat “Aprel döyüşləri”nə görə prezidentin mükafatlandırdığı polkovnikin həbsini PİSLƏDİ 15 Dekabr 2019, 21:20 Çirkli hava səbəbindən 1 541 nəfər xəstəxanaya düşdü 15 Dekabr 2019, 21:00 Müsavat Partiyası 70 dairə üzrə deputatlığa namizədini müəyyənləşdirdi 15 Dekabr 2019, 20:52 Üzeyirin bu çağırışına 1 milyon insan toplandı - VİDEO 15 Dekabr 2019, 20:33 Bakıda təcili yardım maşını qəzaya düşdü 15 Dekabr 2019, 20:18 Daha bir kütləvi məzarlıq aşkarlandı 15 Dekabr 2019, 20:03 Oqtay Gülalıyevin səhhətində irəliləyiş var 15 Dekabr 2019, 19:53 Qubada yük maşını aşıb 15 Dekabr 2019, 17:52 “Əməkdar jurnalist” Ləman Ələşrəfqızının özünə arzuları - MÜSAHİBƏ 15 Dekabr 2019, 17:47 General deputatlığa namizədliyini irəli sürdü  15 Dekabr 2019, 16:48 Sevr və Lozandan başlanan ERMƏNİ YALANI 15 Dekabr 2019, 16:41 Xalq artisti Rəfael Dadaşov xəstəxanadan evə buraxılıb 15 Dekabr 2019, 15:59 Polkovnik Vəlişov niyə həbs edilib? - DİN açıqlama yaydı, yaxınları etiraz etdi 15 Dekabr 2019, 15:39 Sizə bir sirr açım - “Politologiya” adlı elm yoxdur 15 Dekabr 2019, 15:36 İtaliyada bomba təhlükəsi: 54 min sakin təxliyə edilib 15 Dekabr 2019, 15:08 Bu qədər şərləmək olmaz axı! 15 Dekabr 2019, 14:28 Suriyaya 900-dən çox qaçqın qayıdıb 15 Dekabr 2019, 14:28 Masallıda zəlzələ olub 15 Dekabr 2019, 14:08 Sabahın hava PROQNOZU 15 Dekabr 2019, 13:45 Harvard Universitetinə qəbul olunan Nigar məşhur komandirin QIZIDIR 15 Dekabr 2019, 13:31 “Namuslunu niyə apardılar, namussuz isə öz keyfindədir?” - Şirməmməd Hüseynovla internetdə olmayan MÜSAHİBƏ 15 Dekabr 2019, 12:39 Metroda faciənin qarşısı sərnişinlər tərəfindən alındı - FOTO 15 Dekabr 2019, 12:38 Filippində 6,8 bal gücündə zəlzələ olub 15 Dekabr 2019, 12:10 Səxavət Məmmədovun Amerikadakı YADİGARI 15 Dekabr 2019, 12:04 “Doğulduğum günü xatırlamasam da, əzablı olduğuna əminəm” - 73 yaşlı Xalq şairi 15 Dekabr 2019, 11:28 Yıxılaraq başından travma alan 9-cu sinif şagirdi ölüb 15 Dekabr 2019, 10:46 Mingəçevirdə qardaş qardaşı bıçaqladı 15 Dekabr 2019, 10:42 Nepalda avtobus dərəyə yuvarlanıb: 14 nəfər ölüb 15 Dekabr 2019, 10:39 Bələdiyyə seçkilərinə 1 həftə qaldı: bildirişlərin paylanması prosesi başa çatır 15 Dekabr 2019, 10:29 Küçədə qışlayanlar - Nazirlik neçə nəfərə sahib çıxıb? 15 Dekabr 2019, 10:14 Məşhurların qəribə sonları 15 Dekabr 2019, 10:00 Futbol üzrə Azərbaycan kuboku yarışlarında dörddəbir final başlayır 15 Dekabr 2019, 09:52