Modern.az

Mətbuat Şurası təkzib etdi: "Jurnalist evindəki 156-cı mənzil Sona Vəliyevaya verilməyib"

Mətbuat Şurası təkzib etdi: "Jurnalist evindəki 156-cı mənzil Sona Vəliyevaya verilməyib"

25 İyul 2013, 15:54


Jurnalistlər üçün tikilən binada bir mənzilin boş qalması ətrafında söhbətlər bitmir. Bu gün bir sıra internet qəzetlər və sosial şəbəkələrdə aparılan fikir mübadilələrində qeyd edilir ki, həmin boş qalmış 156-cı mənzil Prezident Administrasiyası İctimai-siyasi şöbənin müdiri Əli Həsənovun həyat yoldaşı, “Kaspi” qəzetinin təsisçici Sona Vəliyevaya verilib. 

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov məlumatı təkzib edib.

“Boş mənzillə bağlı öncə Əflatun Amaşovun, sonra Bəxtiyar Sadıqovun adı qeyd edilib. İndi də bu şayiəni yayırlar. Həmin fikirləri yürüdənlər nə məqsədə xidmət edirlər, bilmirsən. Ayıbdır, artıq bu söz-söhbətlərə son qoyulmalıdır!”.

Ə.Amaşov bildirib ki, boş qalan mənzil prezindentin səlahiyyətindədir və kimə istəsə verə bilər.

“Prezident həmin evi kimə münasib bilərsə, ona da verəcək. Bu adam jurnalist ola da bilər, olmaya da. Ona görə artıq bu dedi-qodulara son qoyaq” -deyə MŞ-nın sədri vurğulayıb.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü