Modern.az

Təhsil Nazirliyindən fəlakət zonasındakı məktəblərə güzəştlər

Təhsil Nazirliyindən fəlakət zonasındakı məktəblərə güzəştlər

19 May 2010, 14:10

Təhsil Nazirliyi Kür çayının daşması ilə əlaqədar fəlakət zonası sayılan rayonların orta məktəblərini yay tətilinə vaxtından əvvəl buraxır. Bu barədə jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Nazir hazırda fəlakət bölgəsində məktəblərdə dərslərin dayandığını bildirib. “Selin nəticələri aradan qaldırılanda təhsil bərpa ediləcək. Vəziyyət belə davam edərsə, şagirdlər imtahanlarda iştirak etməyə bilərlər və ya onlar üçün xüsusi güzəştlər edilə bilər”, deyə təhsil naziri qeyd edib. Bundan başqa, nazir qeyd edib ki, Sabirabad, Hacıqabul, Şirvan rayonlarında, habelə İmişli və Salyanın bir neçə kəndindəki məktəblər yay tətilinə vaxtından iki həftə əvvəl çıxa bilərlər. Həmin bölgələrdə buraxılış imtahanlarının keçirilməsinə gəlincə, Misir Mərdanov deyib ki, iyunun 11-də həmin bölgələrdə imtahan keçirilməsi planlaşdırılsa da, bu qərar dəyişdirilib. İmtahanların nə vaxt keçiriləcəyi yaxın günlərdə elan olunacaq.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik