Modern.az

“Ədəbiyyat qəzeti”nin yeni baş redaktoru: “İnanmıram ki...”

“Ədəbiyyat qəzeti”nin yeni baş redaktoru: “İnanmıram ki...”

29 Mart 2014, 14:00

Azərbaycan Yazıçılar Birliyinin tabeliyində olan iki mətbu orqan – “Ədəbiyyat qəzeti” və “Ulduz” jurnalında yeni təyinatlar olub. Təyinatlara əsasən Elçin Hüseyinbəyli və Qulu Ağsəs baş redaktor vəzifələrini tutublar.

Ötən gün AYB sədri Anar “Ədəbiyyat qəzeti”nin yeni baş redaktorunu qəzetin kollektivinə təqdim edib. Təqdimetmə mərasimində  Anarla bərabər, birinci katib Fikrət Qoca, katiblər Çingiz Abdullayev, Arif Əmrahoğlu, Rəşad Məcid, mətbuat xidmətinin rəhbəri Xəyal Rza iştirak edib.

Modern.az-ın AYB-in mətbuat xidmətinə əsasən verdiyi məlumata görə, AYB sədri Anar çıxış edərək keçmiş baş redaktor Ayaz Vəfalının səhhəti ilə əlaqədar öz ərizəsilə işdən azad olunduğunu və daha sonra katibliyin iclasında yekdilliklə Elçin Hüseynbəylinin baş redaktor təyin edildiyini vurğulayıb.

Elçin Hüseynbəylinin özü Modern.az-a açıqlamasında yeni işi və planları barəsində Yazıçılar Birliyinin Natəvan klubunda keçirəcəyi brifinqdə məlumat verəcəyini bildirib. Brifinqin keçirilmə vaxtına gəldikdə isə E. Hüseyinbəyli bunları qeyd edib: “Əvvəlcə birinci günə planlaşdırmışdıq. Amma sonra redaksiyanın və digər problemlərin olması səbəbindən gecikdi. İnanmıram ki, bu yaxında olsun”.

 

Elmin Nuri  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü