Modern.az

TQDK “Abituriyent” jurnalının xüsusi buraxılışını nəşr edib

TQDK “Abituriyent” jurnalının xüsusi buraxılışını nəşr edib

1 Sentyabr 2014, 14:44

 

2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanının tam mətni “Abituriyent” jurnalının xüsusi buraxılışında nəşr olunub.

Modern.az-ın məlumatına görə, jurnalın bu sayında həmçinin orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının Qabiliyyət İmtahanı Komissiyaları üzrə bölgüsü, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, onun nümunəsi, qəbul aparılan ixtisasların siyahısı, plan yerləri haqqında məlumatlar Azərbaycan və rus dillərində dərc olunub.
Jurnalı TQDK-nın binası yanındakı "Abituriyent" köşkündən almaq və yawww.abiturient.az saytından sifariş etmək olar. Həmçinin jurnalın bu sayını//tqdk.gov.az/ejurnal ünvanından elektron formatda (pdf formatda) əldə edə bilərsiniz.

Qeyd edək ki, TQDK tam orta təhsil bazasında (11 illiik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi elan edib.Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə avqustun 30-u saat 9:00-dan sentyabrın 3-ü saat 23:59-dək internet vasitəsilə ixtisas seçimi aparılır. 

İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib, onları //eservices.tqdk.gov.az/erizebak internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. 

Ərizəsini təsdiqləmək üçün abituriyent TQDK-nın yeni virtual ödəmə kartını alır və onun şifrindən istifadə edir. 

Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar. 

Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət imtahanı tələb edən ixtisasları ixtisaslar siyahısında ulduz (*) işarəsi ilə qeyd olunmuşdur. Bu ixtisasları yalnız qabiliyyət imtahanlarından “məqbul” alan və test imtahanlarında topladıqları balı 20 və daha yüksək olan abituriyentlər seçə bilərlər. 

Abituriyentlərə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı müvafiq qruplar daxilində digər ixtisasları da seçmək imkanı verilir. 

Rüfanə GÜNƏŞ  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik