Modern.az

Azərbaycan jurnalistləri prezidentlə görüşdülər (FOTOLAR)

Azərbaycan jurnalistləri prezidentlə görüşdülər (FOTOLAR)

Media

13 Noyabr 2010, 18:54


Azərbaycan media nümayəndələri noyabrın 13-də  Şimali Kipr Türk Cumhuriyyətinə səfərləri çərçivəsində ŞKTC prezidenti Dərviş Əroğlu ilə görüşüblər. Görüşdə Azərbaycan-ŞKTC münasibətləri, bu münasibətlərin mediada ifadəsi ətrafında müzakirələr aparılıb.

Modern.az-ın məlumatına görə, Dərviş Əroğluna Azərbaycan media qurumları barədə geniş bilgi verən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli iki xalq arasında münasibətlərin uğurla inkişaf etdirilməsində KİV-in müstəsna əhəmiyyət daşıdığını vurğulayıb. 

Öz növbəsində nümayəndə heyəti vasitəsilə Azərbaycan xalqına öz salamlarını göndərən Əroğlu bundan sonra da bu münasibətlərin uğurla inkişaf edəcəyini inamını ifadə edib. 

Sonda KİVDF –nin icraçı direktoru Vüqar Səfərli nümayəndə heyəti adından Dərviş Əroğluna Azərbaycan xalçası hədiyyə edib.

Bundan sonra nümayəndə heyəti ŞKTC-nin xarici işlər naziri Hüseyin Özgürgünlə görüşüb, onun adından təşkil edilmiş ziyafətdə iştirak ediblər.   

Nümayəndə heyətinin səfəri davam edir.

Məlumat üçün qeyd edək ki, bu səfər  Azərbaycan Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı «Beynəlxalq media təcrübəsinin öyrənilməsi və tətbiqi» layihəsi çərçivəsində keçirilir. Səfərdə olan nümayəndə heyətinin tərkibinə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, MŞ sədrinin müavini Müşfiq Ələsgərli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə,  “Azərbaycan” qəzetinin baş redaktor müavini Zeynal Zeynalov,  “Olaylar”İA-nın rəhbəri Yunus Oğuz, “Trend” İA-nın baş redaktoru İlqar Hüseynov, “Ekspress” qəzetinin sahibi Müşfiq Səfiyev, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Paritet” qəzetinin baş redaktoru Cəmaləddin Quliyev, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, “SƏS” qəzetinin baş redaktoru Bəhruz Quliyev və “Oxu məni” qəzetinin baş redaktoru Emin Axundov daxildir.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var