Modern.az

“Bu adı ondan almaq Aygün Kazımova üçün ağır cəza ola bilər”

“Bu adı ondan almaq Aygün Kazımova üçün ağır cəza ola bilər”

Mədəni̇yyət

27 Yanvar 2016, 15:30



“Aygün Kazımovadan xalq artisti adının alınması onun üçün böyük cəza ola bilər”.
Bu sözləri Modern.az açıqlamasında Milli Məclisin deputatı Nizami Cəfərov xalq artisti Aygün Kazımovanın ad günündə geyindiyi açıq-saçıq paltarla bağlı deyilən fikirlərə münasibət bildirərkən deyib. O qeyd edib ki, mədəniyyət, incəsənət xadimlərini dövlət tədbirlərindən uzaqlaşdırmaq onlar üçün ağır cəza olar.

“Aygün Kazımova hörmət etdiyim, kifayət qədər böyük sənətkarımızdır. Kifayət qədər də dərin  dünyagörüşü olan adamdır, gərək elə şeylər olmasın. Məsələ burasındadır ki, bəzən böyük müğənni, incəsənət xaimləri özləri istəmədən müəyyən müqanişələrin predmetinə çevirirlər. Amma gərək Aygün xanım da çalışsın ki, belə münaqişələrə yer açmasın. O, eləcə də bizim digər incəsənət xadimləri də həmişə diqqət mərkəzindədirlər və ehtiyatlı olmalıdırlar”.

N.Cəfərov bildirib ki, adətən sənət adamları zəriflik, incəlik, ürəyiaçıqlıq göstərdikləri üçün onlardan istifadə edirlər.

““Xalq artisti” titulunun alınmasını başqa müğənnilər haqqında da deyirlər. Lakin mədəniyyət, incəsənət xadimini həm də qorumaq lazımdır. Nəzərə almaq lazımdır ki, necə Aygün Kazımova və ya başqa müğənni ola bilər. Sənət admlarına qarşı istəməzdim ki, belə, həddindən artıq fundamental qərarlar qəbul edilsin. Amma onlar da bilməlidir ki, elə bir sahədə çalışırlar ki, həmişə dedi-qodu mərkəzində ola bilərlər, ona görə birinci növbədə özlərini qorumalıdrlar”.

Qeyd edək ki, Aygün Kazımovanın ad günündə geyindiyi açıq-saçıq paltar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Müzakirəə qoşulanlardan bəziləri müğənnidən “xalq artisti” adının alınmasını tələb ediblər. Xalq artisti isə öz “İnstagram” səhifəsində onu tənqid edənlərə qeyri-etik cavab verməklə yenidən diqqətləri öz üzərinə cəmləyib.


Aytən ZƏHRA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü