Modern.az

Rusiya İranı aldadıb – İDDİA

 Rusiya İranı aldadıb  – İDDİA

Dünya

27 Mart 2016, 20:46

 

İranın Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisi yanındakı keçmiş səfiri Əli Hürrəm deyib ki, biz, Rusiyanın Suriyada istədiyi hər yerdə İranı aldatdığını gördük. Modern.az xarici mediaya istinadən bildirir ki, İranda nəşr edilən və prezident Həsən Ruhani hökumətinə yaxınlığı ilə tanınan “Asriran” xəbər saytına danışan Hürrəm deyib: “Rusiya, İran və Bəşər Əsədi İraq və Suriyada bir müddət dəstəklədi. Sonra qüvvələrini geri çəkib atəşkəs edən Rusiya regionda güclənən İranın rolunu zəiflətdi. Səudiyyə Ərəbistanı və Türkiyə Rusiyanın bu əməlindən son dərəcə məmnun oldular”.

İranın Suriyanın ərazi bütövlüyünü qorumaq əzmində olduğunu iddia edən Hürrəm əlavə edib: “Rusiyanın bu addımı (geri çəkilməsi) və digər ölkələrin təşəbbüsləri İranın strategiyası nəticəsiz qaldı. Onların (Türkiyə və Ərəbistan), Suriya oyununun qalibləri olduğunu deyə bilərik.

Rusya və yanındakı Çinlilər hər fürsətdə ABŞ-la əlaqə qurmağa çalışır. Bütün ölkələr münasibət qurmaq cəhdində, ölkə içindən (İran) bəziləri hökumətə (Ruhani hökumətinə) “niyə Avropa ilə əlaqə yaratmaq istəyir”  deyir”.

Onun iddiasına görə, İran Rusiyanın Suriyada istədiyi hər yerdə İranı aldatdığını görüb: “Əgər İranın dünyadakı güclü ölkələrin hamısı ilə əlaqəsi olarsa, nə Çin, nə Rusiya, nə də Avropa İranı aldada bilməzdi. Rusiyanın Suriyadakı bütün səyi, ABŞ ilə əlaqələrini yaxşılaşdıraraq bu ölkəylə Ukraynada yaşadığı problemləri həll etməkdir. Rusiya hazırda ABŞ-la belə alver vəziyyətindədir”.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik