Modern.az

Bakı-Dubay təyyarəsi məcburi eniş etdi - YENİLƏNİB

Bakı-Dubay təyyarəsi məcburi eniş etdi - YENİLƏNİB

Ölkə

11 İyun 2016, 16:25

Bakı-Dubay marşrutu (aviareys J2011) ilə uçuş həyata keçirən və BƏƏ-nin Şarja hava limanında məcburi eniş edən "Azərbaycan Hava Yolları" (AZAL) QSC-yə məxsus “Airbus-320-200” təyyarəsinin sərnişinləri yaxın dəqiqələrdə avtobuslarla Dubaya yola salınacaq.

 

Bunu “Report”a Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

 

Məlumata görə, AZAL-ın təyyərəsinin Şarja hava limanında məcburi eniş etməsinin səbəbi həmin vaxt Dubay aeroportunun dövlət əhəmiyyətli tədbirin keçirilməsi ilə əlaqədar bütün aviareyslər üçün bağlanılması olub.

 

İki aeroport arasında məsafə təxminən 25 km-dir.

 

"Təyyarə və sərnişinlərlə bağlı heç bir problem yoxdur. Yaxın dəqiqələrdə bütün sərtnişinlər xüsusi ayrılmış avtobuslarla Dubaya yola salınacaq", - deyə aeroportdan bildirilib.

 

Qeyd edək ki, Bakıdan saat 09:06-da havaya qalxan "A-320" təyyarəsi yerli vaxtla 11:55-də Dubay Beynəlxalq Hava Limanına enməli idi.

 

Lakin rəsmi tədbirlə əlaqədar Dubay Beynəlxalq Hava Limanı bağlandığı üçün təyyarə havada 20-30 dəqiqə dövrə vurduqdan sonra Şarja Beynəlxalq Hava Limanına enməli olub.

***

Modern.az-ın məlumatına görə, Artıq Bakı-Dubay aviareysini yerinə yetirən "A-320" təyyarəsi Şarja Beynəlxaq Hava Limanından Dubaya yola salınıb.

Qeyd edək ki, ilk öncə sərnişinlərin Şarjadan Dubaya avtobuslarla nəql edilməsi planlaşdırılırdı.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...