Ermənistanda 2015-ci ildə 722 nəfər intihar edib, yaxud buna cəhd göstərib.
Modern.az Ermənistan mediasına istinadən bildirir ki, bu haqda Milli statistika xidmətinin demoqrafiya və əhalini siyahıyalma şöbəsinin rəhbəri Karine Kuyumdjyan məlumat verib. Onun sözlərinə görə, 2009-cu ildə bu göstərici 498 olub.
O qeyd edib ki, ötən il Ermənistanda intihar edənlərin sayı 208 nəfərdir. Karine Kuyumdjyanın fikrincə, özlərini öldürənlərin sayı 2009-cu ildən bəri orta hesabla 200 nəfər olsa da, həyatlarına qəsdə cəhd göstərənlərin sayı artıb. Məsələn, 2009-cu ildə 301 nəfər intihara cəhd edibsə, ötən il bu göstərici 514 olub.
Dünyanın hər yerində olduğu kimi, Ermənistanda da kişilər qadınlarla müqayisədə 3 dəfə çox özlərini öldürürlər. 2009-2015-ci illərdə həyatlarına hər il qəsd edən erməni qadınların orta yaş həddi 50 olub. İntihar edən 47 qadından 26-sının (55 faiz) yaşı 30-65 arasında olub. 15 qadının yaşı isə 65-i ötüb.
Cəhdlərə gəldikdə, Ermənistanda yaş strukturu dəyişir. Yaşları 18-29 olan (42 faiz) qadınlar daha çox özlərinə qəsdə cəhd edirlər. Yaşları 30-65 arasında olan qadınların intihara cəhd faizi isə 41-dir.
Modern.az