Bu gün “Avro-2016”nın D qrupunda daha bir oyun keçirildi. Modern.az xəbər verir ki, İspaniya millisi Çexiya ilə qarşılaşıb.
Bir qədər öncə başa çatan oyunda İspaniya rəqibinə 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 87-ci dəqiqədə çexlərin qapısına Jerar Pike vurub.
Xatırladaq ki, qrupun digər oyununda Xorvatiya Türkiyəyə qalib gəlib - 1:0.
| N | Komandalar | O | Q | H | M | T-F | X |
| 1 | Xorvatiya | 1 | 1 | 0 | 0 | 1-0 | 3 |
| 2 | İspaniya | 1 | 1 | 0 | 1-0 | 3 | |
| 3 | Türkiyə | 1 | 0 | 0 | 1 | 0-1 | 0 |
| 4 | Çexiya | 1 | 0 | 0 | 0 | 0-1 | 0 |