Modern.az

Kremldən ATƏT-ə ZƏRBƏ: Prezidentlərin görüşündə...

Kremldən ATƏT-ə ZƏRBƏ: Prezidentlərin görüşündə...

Ölkə

15 İyun 2016, 10:15

ATƏT Sank-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşünə hazırlıqda iştirak etmir.

 

Modern.az saytının TASS-a istinadən xəbərinə görə, bu barədə ATƏT-in mətbuatla əlaqələr şöbəsinin rəhbəri vəzifəsini icra edən Nataşa Radjakoviç bildirib.

O, əlavə şərh verməkdən imtina edib.

 

“ATƏT Sankt-Peterburqda Dağlıq Qarabağ üzrə sammitin təşkilinə cəlb edilməyib. Biz bu məsələni şərh edə bilmərik. Bildiyimiz kimi, bu görüş Rusiya tərəfinin təşəbbüsü ilə çağırılır. Bu barədə suallar Rusiya hakimiyyətinə vermək lazımdır”,-deyə o söyləyib.

 

İyunun 20-də Sankt-Peterburqda Rusiya, Azərbaycan, Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüşü keçiriləcək.  

Vladimir Putinin Azərbaycan prezidenti  İlham Əliyev və Ermənistan dövlət başçısı Serj Sarkisyanla ayrı-ayrılıqda, sonra isə üçlükdə görüşkeçirəcəyi gözlənilir.

 

Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

 

Aqşin KƏRİMOV

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı