Bakıda oğurluq edən Gürcüstan vətəndaşları tutulub.
Bu barədə Daxili İşlər Nazirliyindən Modern.az-a bildirilib.
Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Emil Kazımovun, Eldar Məlikovun və Kazım Nəsirovun pulunu və sənədini oğurlayan Gürcüstan vətəndaşları Koba Şavlakadze və Nodari Gabunia tutulublar.
Faktla bağlı araşdırma aparılır.
Modern.az