Modern.az

Bakıdakı yarışda maraqlı HADİSƏ: pilotlar yolu səhv saldı

Bakıdakı yarışda maraqlı HADİSƏ: pilotlar yolu səhv saldı

Ölkə

17 İyun 2016, 14:24

Bakıda "Formula 1" Avropa Qran Prisinin birinci test yürüşündə "Haas" komandasının pilotu Esteban Qutyerres və "Red Bull Racing"in pilotu Daniil Kvayt yolu səhv salıblar.

 

Modern.az-ın məlumatına görə, trekin 16-cı döngəsində sola dönməli olan pilotlar düz istiqamətdə hərəkət ediblər və yolun bağlı olduğunu görüblər.

 

Pilotlar dərhal bolidlərini doğru istiqamətə sürərək mübarizəyə davam ediblər.

Qeyd edək ki, bu gün Bakıda "Formula 1" üzrə dünya çempionatının 8-ci - Avropa Qran Prisi yarışlarına start verilib.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı