25 yaşlı Tatyana Tsimfer “Miss Moskva -2016” gözəllik yarışmasının qalibi seçilib. Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, Moskvanın “ən gözəl qızı” özəl sektorda çalışır. O, bu qalibiyyətlə ümumRusiya gözəllik yarışmasında iştirak etmək hüququ qazanıb.
“Miss Moskva” gözəllik yarışması 1994-cü ildən keçirilir. Müsabiqədə 14-26 yaşlı qızlar iştirak edirlər.
Modern.az