Modern.az

Prezidentlərin görüş yeri müəyyənləşdi

Prezidentlərin görüş yeri müəyyənləşdi

Ölkə

20 İyun 2016, 14:17

 

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşü bu gün Sankt-Peterburqdakı Konstantinovski sarayında keçiriləcək. 

 

Modern.az-ın xəbərinə görə, bu barədə görüş yerinə gələn ATƏT Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz "twitter" səhifəsində yazıb.

 

İyunun 20-də Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcək. 

 

Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, əvvəlcə Putin ayrı-ayrılıqda İ.Əliyev və S.Sarkisyanla görüşəcək, daha sonra prezidentlər üçtərəfli danışıqlar aparacaq. 

Uşakov qeyd edib ki, görüş günün ikinci yarısında nəzərdə tutulub. 

 

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...