Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Xorvatiyanı Avropa çempionatında bu ölkənin fanatlarının Çexiya ilə oyundakı iğtişaşa görə 100 min avro cərimələyib. Modern.az xarici mediaya istinadən bildirir ki, bundan əlavə Xorvatiya futbol ittifaqına futbol üzrə Avropa çempionatının qalan oyunlarına xuliqanlıqda şübhəli bilinən bəzi azarkeşlərə bilet satışını qadağan edib.
İyunun 17-də Sent-Etyendə Xorvatiya və Çexiya arasında keçirilən oyun azarkeşlərin meydançaya fişəng və digər yandırıcı maddələr atmaları səbəbindən 8 dəqiqə dayandırılmışdı.
Modern.az