Modern.az

Azay Quliyev üçün özəl gün - FOTOLAR

Azay Quliyev üçün özəl gün - FOTOLAR

Ölkə

23 İyun 2016, 15:58

Bu gün Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyevin doğum günüdür.

 

Modern.az  saytının məlumatına görə, Azay Quliyev 1971-ci ildə anadan olub.

2005-ci ildən (III, IV və V çağırış Milli Məclisin deputatı) Milli Məclisin üzvüdür.

1993-1998-ci illərdə  Elitar” Gənclər Klubunun və “Azərbaycan Gənclərinin Sülh və Təhlükəsizlik İttifaqı”  İctimai Birliyinin sədri olub.

1998-1999-ci illərdə Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının sədri olub.

1999-2008-ci illərdə Azərbaycan Milli QHT Forumunun prezidenti olub.

 

2005- bugünə kimi  Azərbaycan Respublikası Milli Məclisinin Hüquq Siyasəti və Dövlət Quruculuğu  Komitəsinin , ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

2005- bugünə kimi Azərbaycan –Rumıniya Parlamentlərarası İşçi qrupunun rəhbəridir

2005- bugünə kimi  Azərbaycan- Çexiya, Azərbaycan- Estoniya və Azərbaycan- Türkiyə Parlamentlərarası İşçi qruplarının üzvüdür.

2013-bugünə kimi ATƏT Parlament Assambleyasının Büro üzvü və Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavinidir.

2008- bu günə kimi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədridir.  

“Könüllü fəaliyyət” haqqında Azərbaycan Respublikasının qanunu, 2009: Bu qanunla könüllü fəaliyyətin istiqamətləri və təşkilatçılarının əhatə dairəsi, könüllülərin hüquqları və vəzifələri müəyyən edilib.

“İctimai iştirakçılıq” haqqında Azərbaycan Respublikasının qanunu, 2013: Qanunun məqsədi Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququnun ictimai iştirakçılıq formasında gerçəkləşdirilməsi üçün təminatlar yaratmaqdır.

 

Müəllifi olduğu beynəlxalq qətnamələr bunlardır:

  PA - “ATƏT Regionunda Vətəndaş Cəmiyyəti İnstitutlarının Gücləndirilməsi”, 2013: Qətnamənin məqsədi iştirakçı dövlətləri və ATƏT inistutlarını milli QHT-lərin fəaliyyət imkanlarının genişlənməsi, inkişafı, ölkələri daxilində qərar qəbuletmə prosesində yaxından iştirak etməsi üçün əlverişli şəraitin yaradılmasına həvəsləndirməkdir.

 

ATƏT  PA - “ATƏT Regionunda Mədəni Mülkiyyətin Qorunması”, 2014: Qətnamənin məqsədi iştirakçı dövlətlərin mühüm əhəmiyyət kəsb edən mədəni və tarixi, dini mülkiyyətin, xüsusi ilə də işğal edilmiş ərazilərdə olan abidələrin qorunması, saxlanılması, qanunsuz olaraq formasının və məzmununun dəyişdirilməsinə qarşı mübarizəsinin gücləndirilməsi və bu istiqamətdə fəaliyyətinin əlaqələndirilməsidir.

 

ATƏT PA – “ATƏT Ərazisində Dövlətlərarası Münasibətlərdə Helsinki Prinsiplərinə Bağlılıq”, 2015:Qətnamədə Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada mövcud münaqişələrdən ciddi narahatlıq və bu münaqişələrin yalnız beynəlxalq hüququn norma və prinsipləri, xüsusuilədə həmin dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin dəyişilməzliyi prinsipləri əsasında həll edilməsinin vacibliyi vurğulanır.

                                                                                                                           

2007-2013- cü illərdə Böyük Britaniya, Ukrayna, Serbiya, Rumıniya, Rusiya, Belarusiya vəGürcüstanda keçirilən seçkilərdə ATƏT  PA-nın seçki müşahidə missiyasının üzvü olub.

2016 – ci ildə  Keçmiş Yuqalaviya Respublikası Makedoniyada keçiriləcək parlament  seçkilərində  ATƏT PA- nın  seçki müşahidə missiyasının sədri təyin olunub.

 

Üzv olduğu dövlət qurumları isə  - 1999- bugünə kimi  Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurası , 2001- bugünə kimi  Azərbaycan Respublikası Prezidenti yanında Əfv Məsələləri Komissiyası, 2005- bugünə kimi    Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası , 2013- bugünə kimi    Azərbaycan Respublikasının Avropa İttifaqı ilə Əməkdaşlığı üzrə Dövlət Komissiyası

 

Təhsili:

2007- 2013                Doktorantura, Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan

Fevral- Mart  2010    “QHT Liderləri üçün Strateji İdarəetmə”, Harvard, Kennedy School, ABŞ  

1995-1996                 “Beynəlxalq Dövlət İdarəçilik Proqramı”, Türkiyə və Orta Şərq Dövlət İdarəçilik

                                   İnstitutu , Ankara, Türkiyə

 1992-1997                 Tarix Fakültəsi, Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan

 

Elmi fəaliyyəti:

2013-cü ildə  “Qeyri-Hökumət Təşkilatlarının İctimai-Siyasi Sistemdə yeri: Milli və Beynəlxalq Təcrübə” mövzusunda dissertasiya işi müdafiə etmişdir. Siyasi elmlər üzrə Fəlsəfə Doktorudur.

30-dan çox elmi məqalənin müəllifidir.  Elmi məqalələri ABŞ, Rusiya, Ukrayna, Gürcüstan, Moldova və digər Avropa ölkələrinin nüfuzlu jurnallarında dərc olunub.

 

O, 2015-ci ilin noyabrın 1-də keçirilən parlament seçkilərində 8 saylı Binəqədi birinci seçki dairəsindən deputat seçilib.

 

İngilis, rus və türk dillərini bilir.

 

Ailəlidir, üç övladı var.

 

 

 

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı