"İslam dövləti" (İŞİD) qruplaşması Fransanın Nitsa şəhərində törədilən terrora görə məsuliyyəti öz üzərinə götürüb.
Modern.az saytı verir ki, bu barədə “The Daily Mail” Fransa KİV-nə istinadla məlumat yayıb. Bununla belə nəşr, bu informasiyanın hələ ki, təsdiqini tapmadığını yazıb.
Nitsada naməlum şəxslər yük avtomobilini küçədə bayram şənliyi ilə əlaqədar gəzişən insanların üzərinə sürüb.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına əsasən, terakt nəticəsində 84 nəfər ölüb, 100-dən çox insan isə yaralanıb. Yaralılardan 18-nin vəziyyəti ağırdır.
Aqşin Kərimov