Modern.az xəbər verir ki, Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün səhər Bakıya gəlib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.
Səfər çərçivəsində Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla da görüşəcək.
Görüşlərdə ikitərəfli münasibətlər, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, regional və beynəlxalq məsələlər müzakirə ediləcək.