Modern.az

Həmsədrlər Ankaraya gedəcək

Həmsədrlər Ankaraya gedəcək

Ölkə

15 İyul 2016, 13:47

ATƏT-in Minsk qrupunun həmsədrləri iyulun 18-də Ankaraya səfər edərək Türkiyə tərəfini Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi barədə məlumatlandıracaqlar.

 

Modern.az saytının məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, Türkiyə Minsk qrupunun iştirakçı ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səylərini davam etdirəcək.

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı