Türkiyənin baş naziri Binali Yıldırım dövlətə dəstək nümayiş etdirmək üçün vətəndaşları küçələri tərk etməməyə çağırıb.
Modern.az saytının məlumatına görə, baş nazir bu barədə Twitter hesabında paylaşdığı videomüraciətində bəyan edib.
O bildirib ki, hərbi çevrilişə cəhddə iştirak edən hərbçilərin həbsi davam edir.
Türkiyədə hərbi çevrilişə cəhd edilib. Hərbi çevrilişə cəhd nəticəsində 17 polis əməkdaşı olmaqla 60 nəfərin həlak olduğu bildirilir. Hərbi çevrilişə cəhdə görə 1374 hərbçinin saxlanıldığı bildirilir.
Aqşin Kərimov