Modern.az

Sabir Rüstəmxanlı: "Üzümü İlham Əliyevə tuturam, mədhiyyələrdən özünüzü qoruyun!"

Sabir Rüstəmxanlı: "Üzümü İlham Əliyevə tuturam, mədhiyyələrdən özünüzü qoruyun!"

Ölkə

18 Oktyabr 2011, 17:33

Milli Məclisin 18 oktyabrda keçirilən iclasında çıxış edən millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, 1991-ci ildə müstəqilliyin lehinə imza atan 43 nəfərdən biri olduğuna görə, qürur duyur. Modern.az saytının məlumatına görə, millət vəkili xalq hərəkatından danışıb.

“Bu məsələyə yanaşmada Milli Məclisdə iki münasibət ortaya çıxır. Bir qism israrla deyir ki, SSRİ-nin dağılması ayrı-ayrı respublikalardakı xalq hərakatından irəli gəldi, digər qism isə deyir ki, yuxarıdan oldu. Mən hesab edirəm ki, bunları bir-birindən ayırmaq düzgün deyil. Hər ikisinin birliyindən doğdu”.

Millət vəkili qeyd edib ki, xalq hərəkatı Heydər Əliyevlə birgə fəaliyyət göstərirdi, Ayaz Müttəllibov, Əbdürrəhman Vəzirovun rejiminə qarşı fəaliyyət göstərirdi.
“Biz heç vaxt Heydər Əliyev rejiminə qarşı mübarizə aparmamışıq. Sonra bəzən “43-lər”lə bağlı fikirlər səsləndirilir ki, onlara müəyyən köməkliklər olunsun. Məsələn, müəyyən dövrdə nazir işləmiş Firudun Ağasıoğlu böyük alimdir, amma bu gün acından ölür. Ona hər hansı köməkliyi kim edə bilər?

Sonra mən üzümü İlham Əliyevə tuturam, rəhmətlik atanız Heydər Əliyev deyirdi ki, “mənim çörək verdiyim çox adamlar bəzən mənə qarşı çıxırlar”. Mədhiyyələrdən özünüzü qoruyun, tənqiddən qorxmaq lazım deyil. Tənqid inkişaf üçündür, inkişafa köməklik edən məsələdir. Tənqiddən qorxmaq lazım deyil. Niyə Milli Məclisdə bu gün deyilmir ki,  bir qrup məmur xalqa qarşıdır? Xalqa qarşı olmaqla elə o, İlham Əliyev, Heydər Əliyev siyasətinə qarşıdır”.

Sabir Rüstəmxanlı daha sonra qeyd edib ki, burda keçmişdən gələcəyə körpü yaratmaq lazımdır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı