Modern.az

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

Ölkə

Bu gün, 17:20

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verib.

Modern.az xəbər verir ki, hadisə Gəncə şəhərində qeydə alınıb.

Şəhər sakini olan 51 yaşlı Namiq Səidovun səhhətində problem yaranıb. Həkimlər müayinələrdən sonra böyrək transplantasiyasını vacib görüblər.

Buna görə onun həyat yoldaşı, 50 yaşlı İradə Səidova könüllü olaraq öz böyrəyini ona bağışlayıb.

Cərrahiyyə əməliyyatları uğurla başa çatıb.

Qeyd edək ki, Namiq birinci Qarabağ döyüşlərinin iştirakçısıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
XTQ həkiminin döyüş meydanında gördükləri: Şəhidlərin son sözləri, yaralıların vəsiyyətləri