Dünən Türkiyənin Hakkari vilayətinin Çukurca rayonunda 26 türk əsgərinin öldürüldüyü, 22-nin isə yaralandığı hadisənin sifarişçisinin adı məlum olub. Bu xain pusqunun arxasında suriyalı terorrçu “Bahoz Erdal” ləqəbi ilə tanınan Fehman Hüseyn dayanır. Modern.az saytı xəbər verir ki. bu barədə “CNN türk” məlumat yayıb.
“Bahoz Erdal”ın Çukurcada çoxdandır böyük hüçümun təşkil olunmadığı, hüçümun təşkil ediləcəyi və ağır silahlardan istifadə ediləcəyinə dair dedikləri Türkiyə təhlükəsizlik orqanları tərəfindən üzə çıxarılıb.
Təhlükəsizlik əməkdaşları sentyabr ayı ərzində hazırladıqları hesabatda PKK terror təşkilatının nümayəndələrinin Çukurca mahalında Yarpaqlı kəndindən Cevizli və Çəltik kəndləri istiqamətinə sursat dolu cuvalların aparıldığını müəyyən edib.
Sentyabrın sonuna olan hesabatda isə Hakkari-Çukurca mərkəzinin qarşısındakı bölgəyə Şimali İraqın Zap düşərgəsindən 200 ədət sursatın gətirildiyi müəyyən olunub.
Modern.az