Nəticə bu gün məlum olacaq
Şərqi Avropa ölkələri qrupundan BMT Baş Assambleyasında 2012-2013-cü illər üçün Təhlükəsizlik Şurasına beş qeyri-daimi üzvü üçün bir yerə Azərbaycan, Macarıstan və Sloveniya iddia edir.
Modern.az saytı XİN-ə istinadən xəbər verir ki, elə bu gün BMT Baş Assambleyasında 2012-2013-cü illər üçün Təhlükəsizlik Şurasına beş qeyri-daimi üzvün seçkisi keçiriləcək.
Bu günə qədər Azərbaycan heç vaxt BMT-nin ali orqanlarından olan Təhlükəsizlik Şurasının üzvü olmayıb. Bundan fərqli olaraq Macarıstan iki dəfə (1968-1969 və 1992-1993) Sloveniya isə bir dəfə (1998-1999) BMT Təhükəsizlik Şurasının qeyri-daimi üzvü olub.
Modern.az