Modern.az

Azərbaycanlı zəvvarlar Həcc ziyarətinə yola düşdülər

Azərbaycanlı zəvvarlar Həcc ziyarətinə yola düşdülər

Ölkə

23 Oktyabr 2011, 21:25

Oktyabrın 23-də Azərbaycanlı zəvvarların ilk heyəti Həcc ziyarətinə yola düşüb. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, ilk heyət 18 avtobusla gedib. 26 avtobusun olacağı ikinci karvan isə oktyabrın 24-də yola düşəcək.

Təyyarələr zəvvarları Həcc ziyarətinə 28-31 oktyabr tarixlərində aparacaq. Ümumilikdə oktyabrın 28, 30 və 31 oktyabr tarixlərində 3, 29 oktyabrda isə 2 təyyarə Səudiyyə Ərəbistanına gedəcək.

2011-ci ildə Azərbaycandan Həcc ziyarətinə keçən il olduğu kimi 2000 zəvvar avtobus və təyyarələrlə müqəddəs məkanlara-Səudiyyə Ərəbistanının Məkkə və Mədinə şəhərlərinə yola düşəcək.
Ziyarət səfərləri avtobuslarla 2650 manat (keçən il 2500 manat olub), təyyarə ilə səfər edənlər üçün isə 3750 manat dəyərindədir. Bu məbləğə zəvvarların nəqliyyat, mehmanxana, viza xərcləri, torpaqbasdı vergisi, çadırların icarə haqqı daxildir.

***

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə azərbaycanlı zəvvarların ikinci qrupu oktyabrın 24-də səhər saatlarında Həcc ziyarətinə yola düşüb. 26 avtobusun yer aldığı karvan Bakının Qaradağ rayonunda yerləşən “Binə” ticarət mərkəzinin yaxınlığındakı meydandan yola çıxıb. 

Həcc ziyarətinə avtobusla gedəcək azərbaycanlı zəvvarlar bu il Suriyada baş verən hadisələrlə əlaqədar Azərbaycan-İran-İraq-Səudiyyə Ərəbistanı marşrutu üzrə hərəkət edəcəklər. Zəvvarlar Həcc ziyarətinə gedərkən və qayıdarkən İraqdakı müqəddəs yerləri, o cümlədən Kərbəlanı da ziyarət edə biləcəklər.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı