Modern.az

Qəddafinin xaricdəki sərvətinin dəyəri və adları açıqlanıb (SİYAHI)

Qəddafinin xaricdəki sərvətinin dəyəri və adları açıqlanıb (SİYAHI)

Ölkə

23 Oktyabr 2011, 22:19

Liviyanın devrilmiş lideri Müəmmər Qəddafinin ölümündən sonra onun 168 milyard dollarlıq mirasının qaldığı hesablanıb. Liviya Milli Keçid Şurası 12 ölkədə olan bu pulu geri istəsə də, “yox” cavabı alıb.

Modern.az xarici mətbuata istinadən bildirir ki, Qəddafinin sərvətinin böyük bir hissəsəsini nağd pul və ləl-cəvahirat təşkil edir, 1 milyard dollar dəyərində isə daşınmaz əmlak qalır.

Liviya Milli Keçid Şurası başda ABŞ və İngiltərə olmaqla Qəddafinin hesablarının olduğu ölkələrin banklarıyla təmasa keçib. Amma banklar müvəqqəti hökumətə “bu pulu sizə verməmiz mümkün deyil" cavabını veriblər.  

Məlumata görə, Qəddafi avqust ayının sonunda paytaxt Tripolidəki qərargahından ayrılarkən 12 milyard dollar nağd pulu və 5 milyon dollarlıq qızılı, yəni toplam 17 milyard dolları 7 avtomobillə tunellərdən Nigerə keçirə bilib.

Həmin pul indi mərhum Qəddafinin həyat yoldaşı Safıya, qızı Aişə və həyatda qalan oğulları Məhəmmədlə Hannibalın idarəçiliyindədir. Liviya xalqı isə pulun ona məxsusu olduğunu bəyan edərək geri qaytarmağı tələb edir.

Mu'mmər Qədafinin xarici ölkələrdə yerləşdirdiyi olan pulların siyahısı belədir:

ABŞ-da - 31 milyard dollar
Fransada - 17 milyard dollar
İngiltərədə - 13 milyard dollar
İsveçrədə - 12 milyard dollar
İtaliyada - 11 milyard dollar
Hollandiyada - 8 milyard dollar
Kanadada - 8 milyard dollar
Almaniyada - 7 milyard dollar
Avstraliyada - 5 milyard dollar
Dubayda -  5 milyard dollar
Suriyada - 2 milyard dollar
Əlcəzairdə - 5 milyard dollar

Müəmmər Qəddafi məşhur əmlak kralı Donald Trump kimi bir çox ölkədə qiymətli mülklərə və şirkət hissələrinə də sahibdir. Siyahı belədir:

Nyu-Yorkda - 2 villa (25 milyon dollar)
Nyu-Cersidə - 2 malikanə (50 milyon dollar)
Londonda - 4 residensiya, 3 malikanə (100 milyon dollar)
Londonda - Oksford kompleksi (140 milyon dollar)
Argentinada - 7 hektar qiymətli ərazi (120 milyon dollar)
“Fiat” şirkətində yüzdə 7, “Yuventus” klubunda yüzdə 3 hissə
İtaliyada - 16 şirkət...
Amerikada - 6 şirkət hissəsi (3 milyard dollar)
İngiltərədə - 14 şirkət.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı