Modern.az

Bəzi deputatlar eks-prezidentlərlə bağlı qanunun Mütəllibova şamil olunmasının əleyhinə çıxdılar

Bəzi deputatlar eks-prezidentlərlə bağlı qanunun Mütəllibova şamil olunmasının əleyhinə çıxdılar

Ölkə

25 Oktyabr 2011, 13:50

Modern.az saytı xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının keçmiş prezidenti və onun ailə üzvlərinin təminatı haqqında” qanun layihəsinin müzakirəsi gərgin keçib.

Müzakirə zamanı millət vəkili Zahid Oruc bildirib ki, dövlət quruculuğu sisteminin təkmilləşməsi, keçmişə isti münasibət yaratmaq ənənəsi baxımından bu qanunun ciddi əhəmiyyəti var.
“Ona görə də hesab edirəm ki, mütləq bu qanun layihəsi qəbul olunmalıdı” deyən deputat bildirib ki, əgər sənədin layihəsi komitə sədri Əli Hüseynlinin dediyi kimidisə, şəxsən onun əleyhinə səs verəcək. Bununla  Z.Oruc qanunun A.Mütəllibova şamil olunmasının əleyhinə çıxıb.
“Çünki biz yeni tarix yazmalı deyilik. Eks-prezident Ayaz Mütəlibov cinayət əməllərinə görə 20 ildi Azərbaycandan kənarda yaşayır. Biz bu məsələni hüquqi müstəvidə həll etməliyik. Əks halda, Azərbaycanda hüquqa nihilizm yaranacaq”.

Daha sonra deputat Fəzail Ağamalı çıxış edib. O, bildirib ki, belə bir qanunun Azərbaycanda qəbul olunmasına leyhinədir.
“Çünki hesab edirəm ki, belə bir qanun qəbul olunmasına böyük zərürət var” deyən F.Ağamalı qanun tətbiqi ilə bağlı məsələyə münasibət bildirərək ciddi səhvə yol verməməyə çağırıb.
“Əgər qanun 1995-ci illə qədər prezident olmuş insanlara qanun şamil olunarsa, onda 1991-1995-ci illər arasında deputat olmuş insanlara, indiki deputatların statusu qədər status verilməlidi”.
Deputat eks-prezident Ayaz Mütəllibovla bağlı məsələyə toxunub. O qeyd edib ki, qanun A.Mütəllibova şamil olunsa, bunu tarix bağışlamıyacaq.

F.Ağamalı onu da bildirib ki, o, Mütəllibovun Azərbaycana gəlməsinin əleyhinə deyil. “Gəlsin ailəsilə ömrünün sonunu burada tamamlasın, amma qanunun ona şamil olunmasının tərəfdarı deyiləm”.

YAP-çı deputat Əli Əhmədov bildirib ki, o da bu qanunun qəbul olunmasının əleyhinə deyil. Amma Ə.Əhmədov da qanunun A.Mütəllibova şamil olunmasını istəməyib.

“Hesab edirəm ki, belə bir qanun qəbul olunan zaman emosiyalara uymamalıyıq. Bu adam 20 ildi cinayətkar kimi Azərbaycandan kənarda mühacirət həyatı yaşayır. Biz bu məsələlərə də münasibətlərimizi dəyişməli deyilik. Mən təklif edirəm ki, bu qanun qəbul olunanadan sonra Konstitusiya Məhkəməsi özünün şərhini verməlidir ki, bu qanun kimə şamil olunacaq, kimə şamil olunmayacaq”.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı