Modern.az

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Türkiyəyə yardım kampaniyasına başladı

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Türkiyəyə yardım kampaniyasına başladı

Ölkə

27 Oktyabr 2011, 10:46

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar yardım məqsədilə "Siz tək deyilsiniz!" ianələr toplamaq kampaniyasına start verib.
Cəmiyyətdən Modern.az-a verilən məlumata görə, Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkmiş insanlara  Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə yardım etmək olar.
İanələr Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəsmi AzN və ABŞ dolları hesablarına köçürülə bilər (ianə edən şəxslərin ad və soyadları, ianələrinin məbləği Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəsmi internet səhifəsində göstəriləcək).

Məlumat üçün bildirək ki, bir müddət əvvəl Somaliyə yardım kampaniyası keçirən Azərbaycan Qızıl Aypara Cəmiyyəti 20 min ABŞ dolları məbləğində ianə toplayaraq Somaliyə yardım etmişdi.

Hamını bu xeyirxah işdə fəal olmağa cağırırıq!

Hesablar belədir:

AZN
Azərbaycan Beynəlxalq Bankı /
Sahil filialı Kodu: 805595
Müxbir hesab: 0137010002944
S.W.I.F.T. BIK IBAZAZ 2X
Azərbaycan Qızıl Aypara Cəmiyyəti
Hesab № 33308019449748533210

ABŞ
Dolları Azərbaycan Beynəlxalq Bankı /
Sahil filialı Kodu: 805595
Müxbir hesab: 0137010002944
S.W.I.F.T. BIK IBAZAZ 2X
Azərbaycan Qızıl Aypara Cəmiyyəti
Hesab № 33318018409748533210

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı