Modern.az

Bu il Azərbaycanda 130 avtomobil oğurlanıb

Bu il Azərbaycanda 130 avtomobil oğurlanıb

Ölkə

25 Oktyabr 2011, 18:24

Modern.az Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir ki, 2011-ci ilin 9 ayı ərzində hüquqi və fiziki şəxslərə məxsus olan  nəqliyyat vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürüclük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu aparılıb. 51349 avtomobil ilkin qeydiyyata alınıb, 39567 sürücülük vəsiqəsi verilib.
2011-ci ilin 9 ayı ərzində «Siqnal»İİLİ tərəfindən 12 svetofor obyekti quraşdırılıb, 14271 yol nişanı qoyulub və ya yenisi ilə əvəz edilmiş, boya ilə küçə və yollarda 1452890 pm cizgilənmə işi aparılıb.
 
Avtomobillərin texniki vəziyyətinə nəzarətin artırılması, texniki baxışdan keçməyən nəqliyyat vasitələri ilə bağlı araşdırmaların aparılması, texniki cəhətdən nasaz vəziyyətdə istismar olunması hallarının qarşısının alınması, bu xətalara görə sürücülərin və digər aidiyyəti şəxslərin inzibati məsuliyyətə cəlb olunması sahəsində tədbirlər davam etdirilib.

Ümumilikdə 2011-ci ilin 9 ayı ərzində aparılan yoxlamalar nəticəsində 4245 avtomobilin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkar olunaraq nəticəsi üzrə müvafiq inzibati tədbirlər görülüb.

2011-ci ilin 9 ayı ərzində BDYPİ-nə 130 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olub ki, onlardan 120-i tapılıb. BDYPİ-nin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 202 avtomobil və 40 nəfər saxlanılıb, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 333 fakt aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına  göndərilib.

DYP əməkdaşları tərəfindən qulluq vəzifələrinin icrası zamanı qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət gücləndirilmiş, xidməti vəzifələrinin icrası zamanı nöqsanlara yol verdiklərinə görə 32 əməkdaş DİO-da xidmətdən xaric, 20 nəfərsə tutduğu vəzifədən azad edilib.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı