Modern.az

Sinoptiklərin xəbərdarlığı - yağışlı hava şəraiti davam edəcək

Sinoptiklərin xəbərdarlığı - yağışlı hava şəraiti davam edəcək

Ölkə

26 Oktyabr 2011, 15:06

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az saytına verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin buludlu olacağı, yağışın arabir kəsiləcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, axşama doğru mülayimləşəcək. Havanın temperaturu gecə və gündüz 8-13 dərəcə isti təşkil edəcək. 

Rayonlarında isə fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Havanın temperaturuna gəlincə gecə 4-9 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 8-13 dərəcə şaxta təşkil edəcək.

Hava şəraitinin qısa icmalına gəlincə Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yaxın günlərdə Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit, fasilələrlə yağışlı keçəcəyi gözlənilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı