Modern.az

Qışa hazırıqmı..? (“Bakıelektrikşəbəkə”dən açıqlama)

Qışa hazırıqmı..? (“Bakıelektrikşəbəkə”dən açıqlama)

Ölkə

26 Oktyabr 2011, 15:49

Noyabrın 15-dən ölkədə qış rejimi tətbiq olunacaq. Ancaq havaların indidən soyuması qışın lap qapının ağzında olduğunu göstərir. Bu qış Bakıda elektrik enerjisinin necə veriləcəyi, fasilələrin olub-olmayacağı yəqin ki, hər birimizi maraqlandırır.

Modern.az məsələ ilə bağlı “Bakıelektrikşəbəkə” Açıq Səhəmdar Cəmiyyətinə  müraciət edib.

Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Modern.az-a verdiyi acıqlamada paytaxtın qarşıdakı qış mövsümünə tam hazır olduğunu bildirib.

Onun sözlərinə görə, bu il elektirik təchizatı daha keyfiyyətli və daha dayanıqlı olacaq.
““Bakıelektrikşəbəkə”nin   son  beş ildə   apardığı  əsaslı təmir-tikinti işləri nəticəsində, xüsusilə də hava elektrik enerji xətlərinin yeraltı kabel xətləri ilə əvəz olunması, son texnologiyalı avadanlıqların tətbiqi ilə yeni inşa edilən transformatorlar və s. artıq özünü göstərir. İstər yay, istərsə də qış mövsümündən aslı olmayaraq hər bir abunəçi fasiləsiz və daha dayanıqlı elektrik enerjisi ilə təmin olunur”.

Tanrıverdi Müstafayev “Bakıelektrikşəbəkə”nin qışa hazır olduğunu və hər hansı bir problemin gözlənilmədiyini deyir: “Problemi hansısa abunəçi özü-özünə yaradır. Bakı  küləklər şəhəridir. Abunəçilər yeni salınan məhəllələrdə ev tikərkən texniki şərtlərə əməl etməsələr təbi ki, özləri özləri üçün problem yaradacaqlar. Ancaq bizim tərəfimizdən aparılan bütün bu yenidənqurma işləri nəticəsində rahatlıqla hər bir abunəçi elektrik enerjisi ilə təmin olunur”.

“Bakıelektrikşəbəkə”nin rəsmisi abunəçilərə müraciət edərək bildirib ki, elektrik enerjisindən istifadə edən insanlar istifadə etdikləri enerjinin pulunu vaxtlı-vaxtında ödəsinlər: “Əgər abunəçilər enerji haqlarını vaxtında ödəsələr, bizim də qabağda hesablanan çox geniş inkşaf proqramlarımız tez gerçəkləşər. Son beş il ərzində 18 ədəd 100 kilovoltluq yarımstansiya, 41 ədəd 35 kilovotluq yarımstansiya quraşdırılıb.  “Bakıelektrikşəbəkə”nin gücü 2006-cı ilə nisbətən 70 faiz artıb. Şəhərimiz günü-gündən genişlənir, yeni zavodlar açılır, müəssisələr istifadəyə verilir, qəsəbələr salınır. Əgər abunəçilər pulu vaxtlı-vaxtında ödəsələr biz də çox işlər görərik”.

Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı