Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 noyabr 2011-ci il tarixli sərəncamı ilə Nazim Adil oğlu Səmədov mədəniyyət və turizm nazirinin müavini vəzifəsinə təyin edilib.
Modern.az-ın məlumatına görə, bu barədə xəbəri Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov verib.
Məlumata görə, N.Səmədov bu təyinata qədər Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri vəzifəsində işləyib.
Modern.az