İki uşaq doğum evində dəyişik düşüb. Həqiqət isə 12 ildən sonra üzə çıxıb. Modern.az saytının “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, uşaqların dəyişik düşməsi faktı DNA testi nəticəsində məlum olub. Uşaqlarından ayrılmayan ailələr alacaqları təzminatla qonşuluqda ev tikib bilrlikdə yaşayacaqlar.
Hadisə Rusiyanın Kopeysk qəsəbəsində baş verib. 1999-cu ildə dünyaya gələn Anya və İrina doğum evində bir səhv ucbatından analarına dəyişik verilib. Qızı İrinanın özlərinə bənzərliyi olmadığını deyən ata boşanandan sonra həyat yoldaşı Yuliya Balyayevaya aliment ödəməkdən imtina edib. Və tərəflər məhkəmədə görüşməli olurlar. DNA testi nəticəsində isə atanın şübhələri haqlı çıxıb. DNA-nın nəticələrinin İrinanın anası ilə də uyğun gəlmədiyi məlum olanda, hadisə daha da böyüyüb.
Aparılan araşdırma zamanı məlum olub ki, İrinanın doğulduğu gün xəstəxanada başqa bir qız uşağı da dünyaya gəlib. İkinci DNA testi nəticəsində isə Yuliya Balyeyavanın qızının İrina yox, Anya olduğu müəyyənləşib.
Bu faktın təsdiqlənməsindən sonra ailələr xəstəxananı məhkəməyə verərək hər birinə 500 milyon rubl təzminat verilməsini tələb ediblər. Məhkəmə isə ailələrin hər birinə 300 milyon rubl verilməsinə qərar verib. İndi bu pulla iki ailə bir torpaq sahəsi alıb, iki ev tikib qonşuluqda yaşayacaqlar.
Modern.az