Amerikada nəşr olunan məşhur “Forbes” jurnalı dünyanın ən nüfuzlu insanlarının siyahısını dərc edib. Modern.az saytı xəbər verir ki, siyahıya liderliyi ABŞ prezidenti Barak Obama edir.
İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq Rusiyanın Baş naziri Vladimir Putin və Çin Respublikanın rəhbəri Hu Jintau qərarlaşıb.
Siyahıya Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanda daxil olub. O, 48-ci yerdə qərarlaşıb.
“Forbes”in siyahısında Almaniya kansleri Angele Merkel 4-cü, “Microsoft”un yaradıcısı Bill Geyts isə 5-ci olub.
Siyahıda Katolik dünyasının ruhani lideri papa 16-cı Benedikt 6-cı, ABŞ-ın Mərkəzi Bankının rəhbəri Ben Bernanke 8-ci, İngiltərənin Baş naziri Devid Kameron 10-cu, Fransa prezidenti Nikola Sarkozi 13-cü, ABŞ dövlət katibi Hillari Klinton 16-cı, İtaliyanın Baş naziri Silvio Berluskoni 21-ci, İranın dini lideri Ayətullah Xamnei 26-cı, Şimali Koreya rəhbəri Kim Jong İl 37-ci, BMT Baş katibi Pan Ki Mun 38-ci, Tibetin dini lideri Dalay Lama 51-ci, Rusiya prezidenti Dmitri Medvedev 59-cu, ABŞ-ın eks-prezidenti Bill Klinton 50-ci, İsrailin baş naziri Benyamin Netanyahu 25-ci sırada qərarlaşıblar.
“Forbes” jurnalının nümayəndələri bildiriblər ki, siyahını hazırlayan zaman 4 kriteriya göz önünə alınıb. Təsir etdikləri insanları sayı, öz dairələrindən də kənara nüfuz edə bilmələri, önəmli maddi gəlirlərin nəzarətinə hakim olmaları və bu mənbələrə çatım imkanlarının olmaları, son olaraq güclərini nə dərəcədə təsirli istifadə etmələri məsələləri siyahı hazırlanarkən nəzərə alınıb.
Modern.az