Modern.az

Azərbaycanda vəzifəli şəxs həbs olunub

Azərbaycanda vəzifəli şəxs həbs olunub

Ölkə

4 Noyabr 2011, 13:37

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) Qusar rayon şöbəsinin müdri həbs olunub. Modern.az ANS TV-yə istinadən xəbər verir ki, DTXK-nin Qusar rayon şöbəsinin müdri Tasim Ramazanov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub.
Qusar rayon prokuroru Zahid Vəliyev Tasim Ramazanovun həbsi ilə bağlı məlumatı təsdiqləyib.

Zahid Vəliyev bildirib ki,  Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları  noyabrın 3-də Qusar rayonunda əməliyyat keçiriblər, rayonun Torpaq şöbəsinin müdri Tasim Ramazanov barəsində tədbir görülüb. Ancaq prokuror Tasim Ramazanov barəsində hansısa tədbirlərin görülməsi haqqda heç bir məlumat verməyib. O bildirib ki, iş Korrupsiyaya qarşı Mübarizə İdarəsinin səlahiyyətindədir, faktla bağlı həmin idarədə araşdırmalar aparılır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı