Modern.az

Ramil Usubov 8 rayonun polis rəisini dəyişib

Ramil Usubov 8 rayonun polis rəisini dəyişib

Ölkə

10 Noyabr 2011, 10:48

Daxili işlər naziri Ramil Usubovun imzaladığı müvafiq əmrlərlə 8 rayonun polis rəisi dəyişdirlib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovun verdiyi məlumata görə, nazirin müvafiq əmrlərilə Zaqatala rayon Polis Şöbəsinin rəisi Faiq Şabanov Xəzər rayon Polis İdarəsinə, Xəzər rayon Polis İdarəsinin rəisi Musa Musayev Nəsimi rayon Polis İdarəsinə, Nəsimi rayon Polis İdarəsinin rəisi Məmməd Mikayılov isə Suraxanı rayon Polis İdarəsinə rəis təyin ediliblər.
Bundan başqa, R. Usubovun əmrləri ilə Gəncə Şəhər Baş Polis İdarəsi Nizami rayon Polis İdarəsinin rəisi Ağahüseyn Məmmədov Kəpəz rayon Polis İdarəsinə, Kəpəz rayon Polis İdarəsinin rəisi Ədalət Sadıqov Nizami rayon Polis İdarəsinə, Şəki rayon Polis Şöbəsinin rəisi Azad Məmmədov Şabran, Şabran rayon Polis Şöbəsinin rəisi Eldar İlyasov isə Şəki rayon Polis Şöbəsinə rəis təyin olunub. Adları qeyd olunan şəxslərin hamısı polis polkovnikidir.

E. Zahidov APA-ya bildirib ki, Suraxanı rayon Polis İdarəsinin rəisi Etibar Qazıbəyov təqaüdə göndərilib.

Zaqatala rayon Polis Şöbəsinə isə hələlik rəis təyin edilməyib. Həmin vəzifəni rəis müavini icra edir.


Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı