Modern.az

Sevil Əliyevanın albomunun təqdimatı olub

Sevil Əliyevanın albomunun təqdimatı olub

Ölkə

11 Noyabr 2011, 08:49

İlk azərbaycanlı bəstəkar olaraq Sevil Əliyevanın əsərləri MDB ölkələrinin mədəniyyəti tarixində özünəməxsus yer tutan “Yuniversal Myuzik” kimi dünya şöhrətli şirkət tərəfindən işıq üzü görüb.

Modern.az AzərTAc-a istinadən bildirir ki, Sevil Əliyevanın “Ze qaleri of Sevil” instrumental albomunun təqdimatı Moskvada böyük təntənə ilə keçirilib. 
Dünyanın tanınmış mədəniyyət xadimlərinin iştirak etdiyi təqdimat mərasimində  Sevil xanım “Ze qaleri of Sevil” albomunu atası Heydər Əliyevin və anası görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın parlaq xatirəsinə həsr edib.

 “Ze qaleri of Sevil” albomu iki variantda hazırlanıb. Birinci variant ikidiskli konseptual bukletli albomdur. İkinci variant isə Sevil Əliyevanın atası, ulu öndər Heydər Əliyev və anası Zərifə xanım Əliyeva ilə birgə uşaqlıq və yeniyetməlik şəkillərinin toplandığı diskli kitabdır. Qeyd edək ki, belə nəfis diskli kitab dünya şöhrətli “Yuniversal Myuzik” şirkətində ilk dəfədir ki, buraxılır. 
Çoxsaylı mətbuat nümayəndələrinin də qatıldığı təqdimat mərasimində Sevil xanım albom üzərində işi barədə fikirlərini dünyanın və Rusiyanın aparıcı telekanallarına verdiyi müsahibələrdə ifadə edib. Ənənəyə uyğun olaraq “Yuniversal Myuzik”in baş direktoru Dmitri Konnovun aparıcılıq etdiyi tədbirdə Sevil xanım gözəl bəstəkar olmaqla yanaşı, gözəl natiq olduğunu da bir daha nümayiş etdirib. 
Təqdimat mərasiminin qonaqları sırasında Leonid Mleçin, Vsevolod Şilovski, Vladimir Berezin, Natalya Daryalova, İlya və Aleksandra Buts və digər tanınmış da olub. 
Qeyd edək ki, “Ze qaleri of Sevil” albomu artıq satışdadır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı