Modern.az

Dəyər İnsaniliyi – İnsansızlıq dəyərsizliyi

Dəyər İnsaniliyi – İnsansızlıq dəyərsizliyi

Ölkə

11 Noyabr 2011, 11:25

Dəyər – İnsanilik ölçüsü, ifadəsi və tələbidir.

 ***

 Dəyərin özülü – İnsanlıqdır.

 Ona görə də Yer üzündə İnsanlıqdan böyük, uca dəyər yoxdur.

 ***

 İnsanlığa uyğun olan nə varsa – dəyərdir, dəyərlidir.

 İnsanlığa uyğun olmayan nə varsa – dəyərsizdir.

 ***

 Əxlaq insanidir – ona görə dəyərdir.

 Mənəviyyat insanidir – ona görə dəyərdir.

 Ləyaqət insanidir – ona görə dəyərdir.

 Ruhaniyyat insanidir – ona görə dəyərdir.

 ***

 Əxlaqsızlıq insanlığa qarşıdır – ona görə dəyərsizlikdir.

 Mənəviyyatsızlıq insanlığa qarşıdır – ona görə dəyərsizlikdir.

 Ləyaqətsizlik insanlığa qarşıdır – ona görə dəyərsizlikdir.

 Ruhsuzluq insanlığa qarşıdır – ona görə dəyərsizlikdir.

 ***

İnsanlıq dəyərlərlə – var olur, qorunur, təsdiqlənir.

İnsanlıq dəyərlərsiz – özümlüyünü itirir, yox olur, ölür.

 ***

 Xalq dəyərdir – ona görə ki, insaniliyi təsdiq edir.

 Dövlət dəyərdir – ona görə ki, insaniliyi təsdiq edir.

 Ailə dəyərdir – ona görə ki, insaniliyi təsdiq edir.

 Atalıq, kişilik dəyərdir – ona görə ki, insaniliyi təsdiq edir.

 Analıq, qadınlıq dəyərdir – ona görə ki, insaniliyi təsdiq edir.

 Evladlıq dəyərdir – ona görə ki, insaniliyi təsdiq edir.

 İnsan dəyərdir – ona görə ki, Ruhani varlıqdır.

 ***

 Xalq dəyərsizləşir – ona görə ki, insanlıqdan ayrılır.

 Dövlət dəyərsizləşir – ona görə ki, insanlıqdan ayrılır.

 Ailə dəyərsizləşir – ona görə ki, insanlıqdan ayrılır.

 Atalıq, kişilik dəyərsizləşir – ona görə ki, insanlıqdan ayrılır.

 Analıq, qadınlıq dəyərsizləşir – ona görə ki, insanlıqdan ayrılır.

 Evladlıq dəyərsizləşir – ona görə ki, insanlıqdan ayrılır.

 İnsan dəyərsizləşir – ona görə ki, Ruhsuzlaşır.

 ***

 Dəyərlərin qorunması, yaşadılması – İnsanlığın qorunması, yaşadılmasıdır.

 Dəyərlərin itməsi, ölməsi – İnsanlığın itməsi, ölməsidir.

 ***

 Dəyərlərin mütləq var olması İnsanlaşmadan – Kamilləşmədən, Əxlaqlaşmadan, Mənəviyyatlaşmadan, Ləyaqətləşmədən keçir.

 Dəyərlər mütləq qorunmur, ona görə də nisbiləşir, ötəriləşir, dəyərsizləşir və ölür.

 ***

 İnsan hələ ki, yaratdığı dəyərlərin mütləqliyinə çatmayıb, onları təsdiq etməyib. Bunun üçün onun Kamilləşməsi, İnsanlaşması gərəkdir.

***
Atamız var olsun!

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı