Milli Məclisin noyabrın 15-də keçiriləcək iclasında «Elektroenergetika haqqında» və «Qaz təchizatı haqqında» sənədlərə dəyişikliklər ediləcək.
Məlumatı Modern.az saytına deputat Zahid Oruc verib.
Deputat deyib ki, bu dəyişiklik istehlakçıların hüquqlarının qorunmasına xidmət edəcək.
Belə ki, indiyə qədər heç bir xəbərdarlıq edilmədən vətəndaşların işıq, istilik və qaz xətlərini kəsdiklərinə görə, heç bir məsuliyyət yox idi.
Ancaq yeni dəyişikliyə görə, bundan sonra yazılı bildiriş etmədən vətəndaşın elektrik, qaz və istilik xəttini kəsmək yasaq edilir.
Eyni zamanda bundan öncə bir şəxsin borcuna görə, bütövlükdə bir binanın işığı, qazı və ya istilik xətti kəsilirdisə, bundan sonra yalnız borcu olan abunəçilərin xətti kəsiləcək.
Modern.az