AÇ-2012-nin "pley-off" mərhələsinin ilk oyunları keçirildi. Modern.az-ın məlumatına görə, 8 komandanın iştirakı ilə keçirilən "pley-off" oyunlarının bizim üçün ən maraqlı olanı İstanbulda baş tutdu. Amma xoşagəlməz nəticə qanımızı qaraltdı.
Türk dünyasının diqqəti Türkiyə milli komandasındaydı. İstanbulda baş tutan qarşılaşmada Türkiyə və Xorvatiya milliləri üz-üzə gələrkən hamı sərfəli nəticə gözləyirdi. Amma Türkiyə millisi elə 2-ci dəqiqədə qol buraxmaqla işini zora soxdu.
Xorvatlar daha sonra əlavə iki qol da vurmaqla bütün Türkiyəni şoka saldılar.
0:3 hesablı məqlubiyyət Türkiyənin noyabrın 15-də keçiriləcək cavab matçında qalib gələ biləcəyini şübhə altında qoydu.
Bu komandalar 2008-ci ildə Avstriya və İsveçrədə təşkil olunan Avropa çempionatının 1/4 final mərhələsində qarşılaşmışdı. 120 dəqiqəsi qolsuz başa çatan həmin görüşdə hesab matça əlavə edilmiş dəqiqələrdə açılmışdı. Lakin Xorvatiya millisinin sevinci cəmi bir dəqiqə sürmüşdü. O zaman Semih Şəntürkün son saniyələrdə vurduğu qol Türkiyə millisinin məğlubiyyətdən xilas etmişdi. Oyundan sonra təyin olunan penalti zərbələrini daha dəqiq yerinə yetirən "ay-ulduzlular" yarımfinala vəsiqə qazanmışdılar. Xorvatiya millisi İstanbula qisas dalınca gəlmişdi, qisasını aldı...
Bosniya və Herseqovina - Portuqaliya - 0:0
Türkiyə - Xorvatiya - 0:3